
Elon Musk, X Mail adlı yeni elektron poçt servisini işə sala bilər
Proqram Təminatı
19.12.2024
Emil
Ortaya çıxmış məlumata əsasən Elon Musk yeni elektron poçt xidmətini işə sala bilər. Məlumatda qeyd edilib ki, bu cür elektron poçt xidməti X Mail adlana bilər. Bunun olacağı halda Google şirkətinin Gmail servisi üçün rəqib ortaya çıxa bilər. X (keçmiş Twitter) tərəfindən Gmail üçün alternativ servis barəsində məlumatlar müəyyən müddətdir ki, internetdə gəzir. Musk-ın özü də istifadəçilər üçün minimalistik və istifadədə rahat belə bir servisin hazırlanmasına işarə etmişdi.
Musk-ın X hərfinə necə böyük sevgi ilə yanaşdığını nəzərə alaraq istifadəçilər bu cür potensial elektron poçt servisini məhz X Mail adlandırırlar. Bu cür servisin həqiqətən də istifadəyə veriləcəyi və onun belə bir adı əldə edəcəyi hələ dəqiq şəkildə bilinmir. X istifadəçilərindən biri potensial X Mail üçün bir neçə ideyanı təklif edib. Onun ideyalarından biri ondan ibarətdir ki, yeni elektron poçt servisində məktublar WhatsApp və Telegram-dakı kimi sadə mesajlar şəklində təqdim olunsun. Musk isə istifadəçinin paylaşımına cavab olaraq “biz məhz bunu edəcəyik” cavabını verib.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
