
Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
Proqram Təminatı
13.12.2023
Emil
Data.ai adlı şirkətin analitikləri məşhur tətbiqlər bazarını analiz edərək tərtibatçıların, istifadəçilərin aktivlikləri sayəsində nə qədər gəlir əldə etdiklərini qiymətləndiriblər. Nəticədə tərtib edilmiş reytinqə həm mobil oyunlar həm də adi tətbiqlər daxil olublar. Beləliklə reytinqin birinci pilləsində Candy Crush Saga mobil oyunu qərarlaşıb. O, 12 milyard dollar gəlir əldə edib. Onun ardıncı 11 milyard dollarlıq gəlir göstəricisi ilə Honor of Kings mobil oyunu, 10.6 milyard dollarlıq gəlir göstəricisi ilə Monster Strike oyunu və 10.2 milyard dollarlıq gəlir göstəricisi ilə Clash of Clans oyunu gəlir. TikTok öz istifadəçiləri üzərindən 10 milyard dollar gəlir əldə etmiş ilk qeyri-oyun tətbiqidir. 2023-cü ilin əvvəlində bu sosial şəbəkənin gəliri artıq 6.2 milyard dollara yüksəlmişdi. TikTok-dan sonra siyahıda Tinder, Youtube, Disney+ və Tencent Video qərarlaşıb.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
