Logo
    main-post-cover

    Facebook Mesenger tətbiqinin Windows və macOS versiyalarının dəstəyi yaxın zamanda dayandırılacaq

         Facebook yardım mərkəzi səhifəsindəki məlumata görə, Meta şirkəti Messenger tətbiqinin Windows macOS üçün versiyalarının dəstəyini dayandırır. Şirkət dəstəyin dayandırılma tarixi barədə dəqiq məlumat verməyib, lakin bildirib ki, bu proses başlayanda istifadəçilərə bildiriş göndəriləcək. 60 gün sonra tətbiq tamamilə fəaliyyətini dayandıracaq. Əksər istifadəçilər dəstək dayandırıldıqdan sonra tətbiqə daxil olmağa cəhd etdikdə avtomatik olaraq Facebook.com saytına yönləndiriləcəklər. Facebook hesabı olmadan Messenger istifadə edənlər isə Messenger.com saytına yönləndiriləcəklər
         Tətbiq artıq Mac App Store-dan silinib, buna görə də yeni yükləmələr üçün əlçatan deyil. iOS Android üçün mobil versiyaların isə əvvəlki kimi fəaliyyətini davam etdirməsi gözlənilir. Meta istifadəçilərə əvvəlcədən təhlükəsiz saxlama funksiyasını aktivləşdirməyi və söhbət tarixçəsini qorumaq üçün PIN kod təyin etməyi tövsiyə edir. Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Meta orijinal Messenger tətbiqini proqressiv veb-tətbiq (Progressive Web App, PWA) formasında olan hibrid versiya ilə əvəz etmişdi, lakin bu versiya etibarsız və tamamlanmamış məhsul kimi tənqid olunmuşdu.
    Paylaş