Logo
    main-post-cover

    Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub

         Google şirkəti rəsmi şəkildə elan edib ki, onun foto tərtibatı üçün nəzərdə tutulmuş Imagen 3 adlı süni zəka sistemi bütün Google Gemini istifadəçiləri üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, bu süni zəka sistemi daha öncə yalnız ABŞ-da AI Test Kitchen çərçivəsində istifadəçilər üçün aktiv idi. Imagen 3 daha əvvəlki versiyalar ilə müqayisədə daha inandırıcı və keyfiyyətli fotoları tərtib edə bilir. O, ilk dəfə may ayında baş tutmuş Google I/O 2024 konfransı çərçivəsində təqdim olunmuşdu. İstifadəçilər onun vasitəsilə foto tərtib etmək üçün sadəcə olaraq ona fotonun təsvirini mətn formatında göndərməlidirlər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Foto tərtibatı üçün olan Imagen 3 süni sistem bütün Google Gemini istifadəçiləri üçün aktiv olub | Technote