Logo
    main-post-cover

    Foto və video generatoru olan Grok Imagine istifadəyə verilib

         Elon Musk-ın xAI şirkəti rəsmi olaraq Grok Imagine adlı şəkil və video generatorunu təqdim edib. Bu xidmət SuperGrok Premium+ tarif planlarının abunəçiləri üçün əlçatandır. Musk-ın vəd etdiyi kimi - Grok-u senzurasız süni intellekt kimi təqdim edən - Grok Imagine istifadəçilərə internetdə adətən NSFW (iş mühiti üçün təhlükəli/qeyri-uyğun) kimi işarələnən kontent yaratmağa imkan verir. Grok Imagine mətn və ya qrafik sorğuları 15 saniyəlik, orijinal səslə müşayiət olunan videolara çevirir və istifadəçilərə seksual məzmun, o cümlədən qismən çılpaqlıq yaratmağa imkan verən “pikant rejim” təklif edir. Belə videolardan birinin nümunəsini Elon Musk özünün X hesabında paylaşıb. Jurnalistlər bildiriblər ki, onlar (jurnalistika naminə, əlbəttə!) bir sıra “pikant” sorğuları yoxlayıblar və nəticədə bəzi hallarda bulanıq, moderasiya olunmuş görüntülər alıblar. Lakin yarıçılpaq bədənlərin əks olunduqları bəzi şəkilləri əldə etməyə nail olublar.
    View post on X
         NSFW kontent xAI üçün təəccüblü deyil. Lakin necə ki, Grok-un nəzarətsiz təbiəti əvvəlcə əyləncəli görünürdü, amma daha sonra təhqiramiz, antisemit və qadınlara qarşı nifrət dolu məzmun yaymağa başlayanda bu təhlükəli hal aldı, eləcə də Grok Imagine-in istifadəyə verilməsi müəyyən gözlənilməz nəticələrə yol aça bilər. Bununla belə, Grok Imagine-də ciddi məhdudiyyətlər nəzərdə tutulub, xüsusilə də bu modelin məşhurların görüntüləri ilə kontent yaratmağa imkan verdiyi nəzərə alınaraq. Məsələn, jurnalistlərin hamilə Donald Trump-ın şəklini yaratmaq cəhdləri uğursuz olub - Grok Imagine ya Trump-ı qucağında körpə ilə, ya da hamilə qadının yanında göstərən təsvirlər yaradıb. Grok Imagine, Google DeepMind, OpenAI, Runway və Çin neyroşəbəkələri kimi rəqiblərlə rəqabət aparmağa çalışır, lakin hələ inkişafının ilkin mərhələsindədir.
    View post on X
         Test iştirakçılarının rəylərinə görə, onun yaratdığı insan şəkilləri və videoları tez-tez cizgi filmi üslubunda görünür, xüsusilə də dəri toxumasının qeyri-təbii olması səbəbilə. Buna baxmayaraq, generator təsirli görünür: görüntülər bir neçə saniyə ərzində yaradılır və səhifəni aşağı sürüşdürdükcə avtomatik olaraq formalaşmağa davam edir. Daha sonra bu görüntüləri stilizə olunmuş videolara çevirmək mümkündür. İstifadəçi interfeysi rahat və intuitiv şəkildə başa düşüləndir. Musk bir müddət əvvəl Baby Grok adlı yeni bir layihə üzərində işlədiyini açıqlayıb - bu, uşaq kontenti ilə işləməyə uyğunlaşdırılmış bir çat-bot olacaq. Grok-un “böyüklər üçün” versiyasının qalmaqallı inkişafını nəzərə alsaq, bu cür istiqamətdə genişlənmə olduqca riskli görünür. Lakin auditoriya baxımından yanaşdıqda bu addım özünü doğrulda bilər. Baby Grok-un məşhurluğu xAI üçün əlavə gəlir mənbəyinə, valideynlər üçün isə yeni bir xərc bəndinə çevrilə bilər.
    Paylaş