main-post-cover

    Galaxy AI funksiyaları Samsung Galaxy A seriyasının smartfonlarına gəlir

    Proqram Təminatı
    06.08.2024
    Emil Nəcəfov
         Samsung bu ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edən zaman üstəlik Galaxy AI adlı ekosistemini də təqdim etmişdi. Bu özündə süni zəka funksiyalarını birləşdirən ekosistemdir. Nəticədə Galaxy AI dəstəyini ilk növbədə Galaxy S24 smartfonları və müəyyən müddətdən sonra şirkətin daha öncəki illərdə satışa çıxmış digər flaqman smartfonları əldə etdilər. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət sözügedən ekosistemin dəstəyini Galaxy A seriyasının bəzi smartfonlarında reallaşdırmağı planlaşdırır. Məlumatda həmçinin Galaxy AI dəstəyini əldə edəcək ilk Galaxy A smartfonlarının adları da hallanıb.
          Beləliklə məlumata əsasən Galaxy AI ekosisteminin süni zəka funksiyalarını Galaxy A seriyasının ilk növbədə Galaxy A35 Galaxy A55 smartfonları əldə edəcəklər. Adları sadalanmış bu smartfonlar üçün süni zəka funksiyaları OneUI 6.1.1 yenilənməsi çərçivəsində istifadəyə verilməlidir. Lakin onu da qeyd etmək lazımdır ki, Galaxy A35 və Galaxy A55 smartfonlarında heç də bütün süni zəka funksiyaları dəstəklənməyəcək. Gözləntilərə əsasən böyük hesablama gücünü tələb edən süni zəka funksiyaları bu smartfonlarda aktiv olmayacaq. Məsələ burasındadır ki, bu smartfonlar orta səviyyəli smartfonlardır və onlar öz texniki imkanları mövzusunda Samsung-un flaqman smartfonlarından geridə qalırlar. Bununla belə internetə qoşulmanı tələb edən əksər funksiyaların sözügedən smartfonlarda aktiv olacaqları gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy F14 4G təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-f14-4g-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A16 Geekbench testlərindən keçib
    samsung-galaxy-a16-geekbench-testlerinden-kecib
    Samsung-un yeni növ batareyası sayəsində elektromobillər 1000 km yol qətt edə biləcəklər
    samsung-un-yeni-nov-batareyasi-sayesinde-elektromobiller-1000-km-yol-qett-ede-bilecekler
    OneUI yenilənməsini sonuncu dəfə əldə edəcək Galaxy smartfonlarının siyahısı ortaya çıxıb
    oneui-yenilenmesini-sonuncu-defe-elde-edecek-galaxy-smartfonlarinin-siyahisi-ortaya-cixib
    Samsung Galaxy S25 Ultra smartfonu 12 GB-dan daha böyük həcmdə RAM yaddaşını əldə edə bilər
    samsung-galaxy-s25-ultra-smartfonu-12-gb-dan-daha-boyuk-hecmde-ram-yaddasini-elde-ede-biler