Logo
    main-post-cover

    Geekbench, artıq süni intellekt performansını da ölçə biləcək!

    Proqram Təminatı
    16.08.2024
    Farid

         Geekbench developer Primate Labs, bu yaxınlarda Geekbench AI 1.0 təqdim edib. Artıq sisteminizin süni intellektdəki performansını meyarlara görə ölçmək mümkündür.

         Maşın öyrənməsidərin öyrənmə və süni intellektə əsaslanan iş yükləri üçün sınaq metodologiyalarına malik Geekbench AI, əslində 2021-ci ildən hazırlanıb. Əvvəllər Geekbench ML olaraq adlanan alət, məlum səbəblərə görə adını “AI” olaraq dəyişdirməli olub.
         Əslində, bir cihazın AI performansını ölçmək ənənəvi CPU GPU performansını ölçmək qədər asan deyil. Tərtibatçının fikrincə, bu proses çətindir, çünki ölçmək istədiyiniz performans üçün hansı testlərin ən vacib olduğunu müəyyən etmək mürəkkəbdir. Tərtibatçının sözlərinə görə, onlar sənayenin proqram və aparat mühəndisləri ilə ətraflı müzakirələr aparıb və bunun üçün ən dəqiq meyarları seçiblər.
         Bu kontekstdə, müxtəlif aparatların süni intellektlə əlaqəli müxtəlif tapşırıqlara necə cavab verdiyini araşdırmaq üçün Geekbench AI, performansı həm dəqiqliyə, həm də sürətə görə, qiymətləndirərək ONNXCoreMLTensorFlow Lite və OpenVINO kimi müxtəlif çərçivələri dəstəkləyir. Qiymətləndirmələrdən sonra 3 ayrı bal yaradılır. Bu ballar, həmçinin nəticələrin reallığa nə qədər yaxın olduğunu qiymətləndirmək üçün də istifadə olunur. Təbii ki, dediyimiz kimi, modelin etməli olduğu işi nə dərəcədə dəqiq yerinə yetirə biləcəyini müəyyən etmək çətindir. Bunun üçün real dünya məlumatlarını Geekbench AI məlumatları ilə müqayisə edərək korrelyasiya və standart tapmaq lazım olacaq.
    Paylaş
    Bənzər xəbərlər