
Gələcək Huawei kompüterlərində əməliyyat sistemi qismində yalnız HarmonyOS istifadə ediləcək
Proqram Təminatı
24.09.2024
Emil
Huawei şirkətinin top menecerlərindən biri olan Richard Yu bildirib ki, şirkətin yaxın gələcəkdəki kompüterləri Windows əvəzinə HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışacaqlar. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti tərəfindən illər əvvəl Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyalar səbəbilə şirkət qərb texnologiyalarından istifadə edə bilmir. Məsələn şirkət qərbin hazırladığı prosessorları, əməliyyat sistemlərini və mikrosxemlərin istehsalı üçün nəzərdə tutulmuş təchizat texnologiyalarını öz biznesində istifadə etmək imkanından məhrumdur.
Richard Yu-nun sözlərinə əsasən şirkət bu səbəbdən külli miqdarda vəsait itirir. Buna görə də Huawei kənar texnologiyalar və komponentlərdən asılılığını aşağı salmağa hədəflənib. Şirkətin öz kompüterlərində Windows-dan imtina etmək qərarı da bu irimiqyaslı strategiyanın bir hissəsidir. Qeyd etmək lazımdır ki, şirkətin smartfonları və smart saatları artıq HarmonyOS vasitəsilə çalışırlar. Belə ki, qərb sanksiyaları səbəbilə şirkət Android-i lisenziyalı şəkildə istifadə edə bilmir. HarmonyOS vasitəsilə çalışacaq növbəti məhsullar isə Huawei şirkətinin stolüstü kompüterləri və noutbukları olacaqlar. Lakin bu cür addımın təkcə Çin bazarında və ya qlobal miqyasda atılacağı hələ bilinmir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
