
Google axtarış nəticələrini audio icmallara çevirən funksiya test edilir
Proqram Təminatı
17.06.2025
Emil
Google yeni Audio Overviews funksiyasının testinə başlayıb. Bu funksiya mobil cihazlarda axtarış nəticələrinin ilk səhifəsində generativ neyroşəbəkələrdən istifadə edərək audio icmallar yaradır. Təcrübi funksiyanın köməyi ilə istifadəçi öz sualına bir növ podkast üslubunda cavab ala biləcək – burada süni zəka sanki özü ilə söhbət edir. Məsələn, istifadəçi “Küy azaldıcı qulaqlıqlar necə işləyir?” sualını verdikdə, “People also ask” bölməsində Generate Audio Overview adlı bir düymə peyda ola bilər.

Bu düyməyə klik edildikdə, süni zəka tərəfindən mövzu üzrə iki aparıcının danışığı formatında qısa podkast icmalı yaradılır. Audio faylın generasiyası adətən 30-40 saniyə çəkir. Yaradılan səs faylı birbaşa axtarış nəticələrinə yerləşdirilir və mini player vasitəsilə idarə olunur - istifadəçi səsi işə sala, dayandıra, sürəti tənzimləyə və səsi söndürə bilər. Playerin altında isə bu icmalın yaradılmasında istifadə olunan mənbələrə keçidlər göstərilir: Uyğun məzmunlu səhifələr, məqalələr və digər açıq materiallar.
Bu funksiya daha əvvəl mətn, şəkil və audio generasiyası üçün universal multimodal platforma kimi təqdim olunmuş Gemini dil modeli əsasında işləyir. Audio Overviews, bu modelin Google-un axtarış məhsullarına inteqrasiyasının davamıdır. Bənzər bir funksiya əvvəllər NotebookLM layihəsində də tətbiq olunmuşdu. Burada süni zəka istifadəçinin sənədləri əsasında audio xülasələr yaradırdı. Audio Overviews funksiyasının testləri Search Labs təşəbbüsü çərçivəsində həyata keçirilir və hazırda yalnız ABŞ-da yaşayan və ingilis dilini seçmiş istifadəçilər üçün əlçatandır.
Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
