Google axtarış sistemi gələn il dərindən dəyişəcək
Proqram Təminatı
06.12.2024
Emil Nəcəfov
Google CEO-su Sundar Pichai-nin sözlərinə əsasən şirkətin axtarış sistemi 2025-ci ildə dərindən dəyişəcək. “Düşünürəm ki, siz, yeni imkanların Google axtarış sistemini necə dəyişə biləcəklərini görməkdən təəccüblənəcəksiniz” - deyə Sundar Pichai qeyd edib. Şirkət CEO-su söhbətin hansı dəyişikliklərdən getdiyi barəsində ətraflı məlumat verməyib. O bildirib ki, şirkət bu istiqamətdə olacaq dərin dəyişikliklərin hələ ilkin mərhələsindədir. “Mən sadəcə düşünürəm ki, irəlidə bizləri çoxlu innovasiyalar gözləyir” - deyə Pichai əlavə edib. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində Microsoft-un CEO-su Satya Nadella bildirmişdi ki, Google süni zəka yarışında avtomatik qalib olmalı idi.
Belə ki, şirkət bunun üçün istənilən resursa və imkanlara sahibdir. Nadella-nın fikrincə nəticədə bu, baş vermədi. Sundar Pichai öz növbəsində Nadella-nın ilin əvvəlində olmuş bu bəyanatına indi cavab verib. “Mən böyük həvəslə öz süni zəka modellərimizi Microsoft-un süni zəka modelləri ilə müqayisə edərdim. Lakin onlar digərlərinin süni zəka modellərindən istifadə edirlər” - deyə Pichai qeyd edib. Bu bəyanatla Google CEO-su böyük ehtimal ilə Microsoft və OpenAI arasında olan əməkdaşlığa işarə edib. Qeyd etmək lazımdır ki, Google bu ilin əvvəlindən öz axtarış sisteminin irimiqyaslı dəyişikliyinə start verib. Şirkətin axtarış sistemində süni zəka sistemi vasitəsilə axtarış nəticələrinin qısa məzmunlarının təqdim edilməsi imkanı artıq reallaşdırılıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google 7 smartfonunun dəstək müddətini uzadıb
Google 7 smartfonunun dəstək müddətini uzadıb
Google şirkəti heç gözlənilmədən Pixel 6 və Pixel 7 seriyalarının smartfonlarının və qatlana bilən Pixel Fold smartfonunun dəstək müddətlərini artırıb.
Google DeepMind bir komanda ilə oynana bilən 3D dünyalar yaradan Genie 2 modelini təqdim edib!
Google DeepMind bir komanda ilə oynana bilən 3D dünyalar yaradan Genie 2 modelini təqdim edib!
Google, tək bir vizual əmrlə 3D oyun dünyaları yaradan süni intellekt aləti hazırlayıb. Genie 2 olaraq tanınan bu yeni alət, oyun dizaynı sahəsində və süni intellekt araşdırmaları üçün əhəmiyyətli bir yenilik kimi ön plana çıxır.
Sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək!
Sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək!
Facebook, WhatsApp, Instagram və Messenger kimi sosial media platformalarının sahibi olan Meta, 2030-cu illərin əvvəlindən etibarən gigavat səviyyəsində nüvə enerjisi istifadə etməyə başlayacaq.
Google, video hazırlayan süni intellekt aləti Veo-nun önizləmə versiyasını təqdim edib!
Google, video hazırlayan süni intellekt aləti Veo-nun önizləmə versiyasını təqdim edib!
Google, OpenAI-ın Sora modelinə rəqib olaraq hazırladığı Veo adlı süni intellekt video modelinin önizləmə versiyasını təqdim edib və bununla da rəqibini qabaqlayıb.
Yeni veb axtarış üsulu Google biznesi üçün təhlükə mənbəyinə çevrilib
Yeni veb axtarış üsulu Google biznesi üçün təhlükə mənbəyinə çevrilib
İnternetdə ənənəvi axtarış üsulu artıq yaşlı nəslin istifadə etdiyi bir özəlliyə çevrilir. Bu isə öz növbəsində Google şirkətinin əsas biznesinə böyük təhlükə yaradır. Şirkət veb axtarış və onunla birlikdə rəqəmsal reklam sahəsindəki dominant mövqeyini itirmə riski ilə qarşı-qarşıya durur.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!