Logo
    main-post-cover

    Google Chrome-da faylların yüklənməsi prosesi daha təhlükəsiz olacaq

    Proqram Təminatı
    26.07.2024
    Emil
         Google şirkəti özünün Chrome brauzeri üçün yeni təhlükəsizlik funksiyalarını anons edib. Anons edilmiş yeni funksiyalar brauzer üzərindən faylların yüklənməsi prosesini əhatə edirlər. Beləliklə bundan sonra Chrome brauzeri yüklənəcək faylları iki kateqoriyaya ayıracaq. Şübhəli və təhlükəli. Yüklənməsi planlaşdırılan faylların belə kateqoriyalara ayrılması öz növbəsində brauzerə zərərli faylların yüklənmə prosesinin qarşısını almaq imkanını verir.
         Şübhəli kateqoriyasını əhatə edəcək fayllar üçün əlavə dərin skan prosesi işə düşəcək. Bu cür skan prosesi hətta ən gizli riskləri belə aşkara çıxartmağa imkan verəcək. Google tərtibatçıları əsas diqqətlərini şifrələnmiş arxiv fayllarından qorunmaya ayırıblar. Əgər fayl arxiv daxilində gizlidirsə, brauzer istifadəçiyə skan prosesinin aparılması istiqamətində şifrənin daxil edilməsini təklif edəcək. Bunun sayəsində brauzer şifrələnmiş arxivin tərkibində zərərli proqram təminatının olub-olmadığını yoxlayacaq.
    Paylaş