Logo
    main-post-cover

    Google Gemini 1.5 reallığa bənzəyən videonun neyron şəbəkəsi tərəfindən tərtib olunduğunu təyin edə bilib

    Proqram Təminatı
    21.02.2024
    Emil
         Google şirkəti özünün Gemini 1.5 adlı süni zəka modelinin yeni faydalı funksiyası barəsində məlumat verib. Yeni funksiyanın testi çərçivəsində Gemini 1.5 reallığa bənzəyən videonun əslində digər neyron şəbəkəsi tərəfindən tərtib edildiyini təyin edib və bunun hansı özəlliklərə görə aşkar edildiyini açıqlayıb. Gemini 1.5-in yeni funksiyasının testi zamanı ondan OpenAI şirkətinin Sora adlı yeni neyron şəbəkəsi tərəfindən tərtib edilmiş videonun analizini aparmaq istənilib.
    Google Gemini 1.5
         Sora tərəfindən tərtib edilmiş video real videoya bənzəsə də Gemini 1.5 onun neyron şəbəkəsi tərəfindən tərtib edildiyini təyin edə bilib. Test çərçivəsində Yaponiya küçələrindən birini əks etdirən videodan istifadə edilib. İlk öncə Gemini 1.5 videodakı fəsil ilə sakura ağacı arasında olan əlaqəsizliyi təyin edib. Məsələ burasındadır ki, sakura ağacı ildə yalnız bir dəfə çiçəklənir. Söhbət yaz fəslindən gedir. Bununla yanaşı videoda qarlı mühitin olmasına baxmayaraq insanlar daha nazik geyimdə əks olunublar. Nəticədə Gemini 1.5 təyin edib ki, video cəlbedici görünsə də o, neyron şəbəkəsi tərəfindən tərtib edilib.
    Paylaş