Logo
    main-post-cover

    Google Gemini çat-botu istifadəçi məlumatlarını 3 il ərzində özündə saxlayacaq

    Proqram Təminatı
    16.02.2024
    Emil
        Google şirkəti özünün Gemini adlı çat-botunun yenilənmiş konfidensiallıq siyasətini təqdim edib. Çat-botun yenilənmiş konfidensiallıq siyasətinə əsasən istifadəçi tərəfindən silinmiş məlumatlar da daxil olmaqla onun bəzi konfidensial məlumatları Google serverlərində 3 il ərzində saxlanıla bilər. Söhbət, istifadəçinin Gemini ilə olan dialoqlarından gedir. Google əməkdaşları çat-botun çalışma effektivliyini yaxşılaşdırmaq üçün həmin dialoqları fərdi şəkildə analiz edirlər.
             Bununla belə şirkət bildirib ki, o bu məlumatları maksimal şəkildə anonimləşdirməyə çalışır. Üstəlik şirkət istifadəçilərə bildirib ki, onların Gemini-yə öz konfidensial məlumatlarını ötürməkdən imtina etmələrində fayda var. Belə ki, konfidensial məlumatların sızdırılması riski böyükdür. Qeyd etmək lazımdır ki, zamanında ChatGPT məhz bu cür konfidensiallıq siyasəti səbəbilə istifadəçilər tərəfindən sərt tənqid edilmişdi. Görünür, Google şirkəti də bu yol ilə getmək qərarına gəlib.
    Paylaş