Logo
    main-post-cover

    Google Gemini istifadəçinin axtarış tarixçəsini əldə edəcək, Deep Research isə pulsuz olacaq

    Proqram Təminatı
    14.03.2025
    Emil
         Google Gemini 2.0 yeniləməsi çərçivəsində süni zəka sistemində bir neçə əsas funksiyanı təkmilləşdirib. Deep Research alətinin imkanları genişləndirilib. İstifadəçilərin axtarış sorğularının tarixçəsini analiz edərək fərdiləşdirilmiş tövsiyələr təqdim etmək funksiyası əlavə olunub. Ars Technica-nın məlumatına görə, əsas yenilik Gemini 2.0 Flash Thinking Experimental süni zəka modelində edilib. Bu model çoxsaylı vəzifələri eyni vaxtda yerinə yetirmək və məntiqi nəticələr çıxarmaq üçün məsuliyyət daşıyır. Yeniləmədən sonra süni zəka artıq 1 milyon token həcmində cavablar generasiya edə bilər. İstifadəçilər sənədlər yükləyə biləcək və daha sürətli nəticələr əldə edəcəklər.
         Gemini Google Calendar, qeydlər, tapşırıqlar və Google Photos kimi xidmətlərlə birləşdirilə bilər. Fərdiləşdirməni artırmaq üçün istifadəçilərə Gemini-nin onların axtarış tarixçəsini analiz etməsinə icazə vermək imkanı təqdim olunur. Google vurğulayıb ki, bu funksiya yalnız istifadəçinin razılığı ilə aktivləşdirilir və istənilən vaxt deaktiv edilə bilər. İstifadəçi interfeysində bu funksiyanın aktiv olduğunu bildirən kiçik bildiriş göstəriləcək. Google-un fikrincə, bu yanaşma süni zəkanın istifadəçilərin maraqlarını daha yaxşı anlamasına və daha uyğun tövsiyələr verməsinə kömək edəcək. Digər vacib yenilik Deep Research aləti ilə bağlıdır.
         Bu alət müəyyən mövzular üzrə ətraflı məlumat toplamağa və onu analiz etməyə kömək edir. Yeni versiya Gemini 2.0 Flash Thinking Experimental modelinə əsaslanır. Bu model problemi araşdırarkən onu ara mərhələlərə bölə bilir və məlumat toplama prosesini daha şəffaf göstərir. Google iddia edir ki, bu təkmilləşdirmə nəticələrin keyfiyyətini xeyli artıracaq. Deep Research pulsuz təqdim ediləcək, lakin bəzi məhdudiyyətlərlə. İstifadəçilər bu alətdən hər ay məhdud sayda pulsuz istifadə edə biləcəklər. Google hələ ki, dəqiq sorğu limitini açıqlamayıb. Bundan əlavə, fərdi tapşırıqları yerinə yetirən xüsusi çat-botlar - Gems də ödənişsiz olacaq. Google bəzi hazır şablonlar təqdim edib, məsələn, Learning CoachBrainstormer. İstifadəçilər isə öz fərdi Gems botlarını yarada biləcəklər.
    Mənbə: Ars Technica
    Paylaş
    Bənzər xəbərlər
    google-pixel-10-pro-xl-in-ilk-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Google Pixel 10 Pro XL-in ilk render fotoları təqdim edilib

    OnLeaks ləqəbli məşhur insayder Google tərəfindən hazırlanan Pixel 10 smartfon seriyası barəsində məlumat verməyə davam edir. İnsayder artıq Pixel 10 və Pixel 10 Pro modellərinin render fotolarını təqdim edib. İndi isə o, Pixel 10 Pro XL modelinin ilk render fotolarını təqdim edib.
    google-robotlara-istiqametlenmis-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    Google robotlara istiqamətlənmiş süni zəka modelini təqdim edib

    Google DeepMind laboratoriyası iki yeni süni zəka modelini təqdim edib. Bu modellər robotlara indiyə qədər olmadığı qədər geniş çeşiddə real tapşırıqları yerinə yetirməyə kömək edəcək.
    apple-ve-google-mobil-brauzerlerin-inkisaflarina-mane-olurlar
    Proqram Təminatı

    Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar

    Böyük Britaniyanın mobil brauzer bazarı istehlakçılar və biznes üçün effektiv işləmir - belə nəticəyə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) gəlib. CMA-nın araşdırmasına görə, bu problemin əsas səbəbkarları Apple və Google-dur.
    google-pixel-10-pro-nun-ilk-render-fotolari-teqdim-edilib
    Cihazlar+

    Google Pixel 10 Pro-nun ilk render fotoları təqdim edilib

    Google bu il ərzində Pixel 10 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya Pixel 10, Pixel 10 Pro və Pixel 10 Pro XL modelləri daxil olacaqlar. OnLeaks ləqəbli məşhur insayder dünən adi Pixel 10 modelinin render fotolarını təqdim etdi.
    google-uzun-fasileden-sonra-yeni-smart-eyneyini-hazirlamaga-yaxindir
    Cihazlar+

    Google uzun fasilədən sonra yeni smart eynəyini hazırlamağa yaxındır

    Google Kanadalı startap AdHawk Microsystems-i almaq üzrədir. Bu şirkət göz hərəkətlərinin izlənməsi texnologiyaları üzərində işləyir. Bloomberg-in məlumatına görə, bu alış Google-un Android XR platformasının inkişafını sürətləndirməsinə və bəlkə də öz ağıllı eynəyini istehsal etməyə başlamasına imkan verəcək.