Logo
    main-post-cover

    Google Gemini Live bütün Android istifadəçiləri üçün istifadəyə verilib

    Proqram Təminatı
    18.04.2025
    Emil
         Google Gemini Live funksiyasının genişləndirildiyini elan edib və bu funksiya artıq bütün Android istifadəçiləri üçün əlçatandır. Əvvəllər bu imkan yalnız Pixel 9Galaxy S25 cihaz sahibləri üçün və ödənişli Gemini Advanced planına abunə olanlar üçün mövcud idi. Lakin müsbət rəy aldıqdan sonra şirkət bu funksiyanı Gemini istifadəçilərinin hamısı üçün, o cümlədən tətbiqin pulsuz versiyasından istifadə edənlər üçün də əlçatan etməyə qərar verib.
    View post on X
         Gemini Live funksiyası süni zəka ilə canlı söhbət etməyə imkan verir - bunun üçün kamera və ya ekran paylaşımı istifadə oluna bilər. Bu funksiyadan istifadə etmək üçün Gemini tətbiqini açmaq, Gemini Live nişanını seçmək və daha sonra kamera və ya ekran paylaşımı ikonuna toxunmaq kifayətdir. Bu imkan sayəsində istifadəçi Gemini ilə ekranda və ya kamera vasitəsilə görünən məlumatlar haqqında təbii dialoq formatında danışa bilər və süni zəkanı istənilən anda dayandıra bilər. Funksiya bir neçə həftə ərzində mərhələli şəkildə istifadəyə veriləcək, buna görə bəzi istifadəçilər onu tətbiqdə dərhal görməyə bilərlər.
    Paylaş