
Google Gemini tapşırıqları müəyyən edilmiş vaxtda yerinə yetirməyi öyrənib
Proqram Təminatı
10.06.2025
Emil
Google süni zəka köməkçisi Gemini-nin imkanlarını genişləndirməyə davam edir və ona planlaşdırılmış fəaliyyət funksiyası əlavə edib. Artıq Gemini Pro və Ultra abunəçiləri müəyyən edilmiş vaxtda avtomatik yerinə yetiriləcək tapşırıqları tənzimləyə bilərlər. Məsələn, süni zəka günün sonunda təqvim xülasəsini göndərə bilər və ya həftəlik bloq ideyaları təklif edə bilər. Məlumata əsasən istifadəçilər həmçinin Gemini-yə tək dəfəlik tapşırıqlar da verə biləcəklər. Məsələn, keçirilmiş tədbirin nəticələrini ertəsi gün soruşmaq mümkündür.

Funksiyanın işləməsi üçün sadəcə süni zəkaya nəyi və nə vaxt etmək lazım olduğunu demək kifayətdir - çat-bot tapşırığı özü yerinə yetirəcək. Planlaşdırılmış fəaliyyətləri idarə etmək üçün Gemini tətbiqinin Scheduled Actions (Planlaşdırılmış Fəaliyyətlər) səhifəsinə daxil olmaq kifayətdir. Daha əvvəl bu funksiyanın ilkin versiyası hələ aprel ayında müşahidə edilmişdi. Bu yeniləmə, Google-un Gemini-ni daha geniş avtonom imkanlara sahib rəqəmsal köməkçiyə çevirmək planlarının bir hissəsidir. Belə ki, istifadəçinin müdaxiləsi olmadan əmrləri yerinə yetirmək qabiliyyətinə malik olacaq. Maraqlıdır ki, oxşar bir funksiyanı artıq OpenAI özünün ChatGPT xidmətində təklif edir.
Paylaş
Ən çox oxunanlar

ProMotion ekranları yalnız iPhone 17 Pro və 17 Pro Max modelləri əldə edəcəklər
