Logo
    main-post-cover

    Google Instant Apps formatından imtina edəcək

    Proqram Təminatı
    13.06.2025
    Emil
         Google bu ilin sonunda Instant Apps (ani tətbiqlər) formatını bağlamaq niyyətində olduğunu açıqlayıb. Şirkət bu qərarını həmin funksiyanın nadir hallarda istifadə olunması ilə izah edib. Google Instant Apps formatını 2017-ci ildə təqdim etmişdi. Bu format Android üçün mini-versiya tətbiqlər yaratmağa imkan verirdi. Adından da göründüyü kimi, bu tətbiqlər dərhal yüklənirdi. İstifadəçi sadəcə bir linkə klikləməklə tətbiqi sınaqdan keçirə və ya oyunun demo versiyasını oynaya bilirdi - heç bir quraşdırma tələb olunmadan. Bu, istifadəçilərin daha az addım ataraq təcrübə yaşamasına şərait yaradırdı və tərtibatçılar üçün isə yeni auditoriyalara çıxış imkanı verirdi.
         “2025-ci ilin dekabr ayında Instant Apps funksiyasına dəstək tamamilə dayandırılacaq. Google Play Instant-ın yayımlanması və bütün API-ləri artıq işləməyəcək. Android Studio Otter Feature Drop daxilindəki alətlərə dəstək də silinəcək” - bu xəbərdarlıq Android Studio-da aşkarlanıb. Şirkətin nümayəndəsi Nia Carter-in sözlərinə görə, Instant Apps formatı kifayət qədər məşhur deyildi ki, ona dəstəyi davam etdirmək məqsədəuyğun olsun: “Instant Apps-ın istifadəsi və istifadəçi cəlbediciliyi aşağı idi, hazırda isə tərtibatçılar süni zəka dəstəyi ilə tətbiq rəyləri və paralel quraşdırma kimi digər alətlərdən istifadə edirlər. Bu dəyişiklik bizə elə alətlərə daha çox investisiya yatırmağa imkan verəcək ki, onlar tərtibatçılara kömək edir və istifadəçiləri tətbiqin tam versiyasını yükləməyə yönləndirir, bu da daha dərin istifadəçi iştirakına səbəb olur”.
    Paylaş