
Google Lens tətbiqi süni zəka əsasında cavabların tərtibatı funksiyasını əldə edib
Proqram Təminatı
19.01.2024
Emil
Google şirkəti özünün Google Lens tətbiqi üçün genişləndirilmiş vizual axtarış imkanını anons edib. Bu imkan özündə süni zəka texnologiyasının istifadəsi ilə cavabların tərtib edilməsi özəlliyini birləşdirir. Beləliklə bundan sonra Google Lens tətbiqinə daxil olub smartfon kamerasını müəyyən obyektə yönəldərək həmin obyekt barəsində suallar vermək olacaq. Sistem isə öz növbəsində internetdə olan məlumatlar əsasında tərtib edilmiş ətraflı cavabı istifadəçiyə təqdim edəcək. Məsələn smartfon kamerasını otaqdakı hər hansısa bitkiyə yönləndirərək həmin bitkini hansı intensivliklə sulamaq lazım olduğu sualını vermək olar. Bu halda Google Lens istifadəçiyə bitkiyə qulluq məsələsində vacib məlumatları təqdim edəcək. Google Lens-in bu yeni funksiyası artıq ABŞ-da Android və iOS istifadəçiləri arasında aktivləşdirilib.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
