
Google Meet üçün nitqin canlı tərcüməsi funksiyası təqdim edilib (VİDEO)
Proqram Təminatı
21.05.2025
Emil
Google I/O 2025 konfransında videozəng xidməti olan Google Meet üçün yeni canlı tərcümə funksiyası təqdim edilib. Gemini süni zəka sistemi əsasında qurulan bu texnologiya istifadəçinin nitqini qarşı tərəfin danışdığı dilə çevirir və eyni zamanda intonasiya və emosiyanı qoruyub saxlayır. Hazırda funksiya beta rejimində təqdim olunur. Nümayiş videosunda iştirakçılardan biri ingilis, digəri isə ispan dilində danışırdı. Tərcümə funksiyası aktivləşdirildikdən sonra Gemini hər iki istifadəçiyə qarşı tərəfin nitqini öz dillərində, yüksək intonasiya dəqiqliyi ilə eşitdirməyi bacarıb.
Hal-hazırda sistem yalnız ingilis və ispan dillərini dəstəkləyir. Lakin Google artıq yaxın həftələrdə italyan, alman və portuqal dillərinin də əlavə olunacağını açıqlayıb. Bu ilin əvvəlində Microsoft da Teams adlı tətbiqində oxşar funksiyanı istifadəyə verdi. Lakin Google tərcümənin daha təbii səslənməsinə xüsusi önəm verir və vurğulayır ki, süni zəka təkcə mətni tərcümə etmir, həm də istifadəçinin səsini elə uyğunlaşdırır ki, danışıq orqanik və təbii səslənsin. Funksiya hazırda beta rejimində Google AI Pro abunəçiləri və aylıq 250$ dəyərində olan yeni AI Ultra tarif paketi üçün sınaqdan keçirilir. Yekun versiyanın daha sonra istifadəyə verilməsi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
