Logo
    main-post-cover

    Google Photos istifadəçi fotolarını memlərə çevirə biləcək

         Google özünün Photos tətbiqini daim təkmilləşdirir. Bir müddət əvvəl şirkət tətbiqə süni intellekt əsaslı Nano Banana şəkil generatorunu, həmçinin fotolardan video yaratmaq funksiyasını əlavə etdi. İndi isə Google yeni bir funksiya - mem generatoru üzərində işləyir və bu memlərin əsas qəhrəmanı elə istifadəçinin özü olacaq. Məlumata görə, Google Photos tətbiqinin 7.51.0 versiyasında Me Meme adlı yeni funksiyaya istinad tapılıb.
         Bu funksiya istifadəçilərə öz şəkillərini, eləcə də dostlarının və ailə üzvlərinin fotolarını sevimli memlərə çevirməyə imkan verəcək. Funksiyadan istifadə etmək üçün istifadəçi bir mem şablonu seçməli, şəxsi qalereyasından uyğun bir şəkil nümunəsi götürməli və öz versiyasını yaratmalıdır. Hazır memi messencerlərdə və ya sosial şəbəkələrdə paylaşmaq mümkün olacaq. Bu funksiyanın işləməsi üçün ilkin şəkilin Google Photos-da ehtiyat nüsxəsinin saxlanılması tələb olunur.
         Ən yaxşı nəticə əldə etmək üçün tətbiq istifadəçiyə üzün aydın göründüyü bir selfi çəkməyi tövsiyə edəcək. Me Meme funksiyası hələlik aktiv deyil və dəstəklənən memlərin siyahısı məlum deyil - hazırda yalnız məşhur “This is fine” (yanan otaqdakı it) memi barədə məlumat var. Həmçinin, istifadəçilərin öz mem şablonlarını yükləyə biləcəkləri dəqiq bəlli deyil. Bundan əvvəl məlum olmuşdu ki, süni intellekt əsaslı mem generatoru Gboard ekran klaviaturası tətbiqinə də əlavə edilməlidir, lakin bu funksiya da hələ istifadəyə verilməyib.
    Paylaş