
Google Pixel smartfonları peyk rabitəsi üzərindən təcili yardım funksiyasını əldə edəcəklər
Proqram Təminatı
04.03.2024
Emil
Google Pixel smartfonlarının sahibləri yaxın zamanda yeni təhlükəsizlik funksiyasından istifadə edə biləcəklər. Google şirkətinin Adaptive Connectivity Services tətbiqinin yenilənməsi məhz buna işarə edir. Verilmiş məlumata əsasən Google Pixel smartfonlarındakı yeni təhlükəsizlik funksiyası Satellite SOS adlanacaq və o, təcili yardım xidmətlərinə mesajların göndərilməsi ilə yanaşı mobil şəbəkə və Wi-Fi qoşulmasının olmadığı ərazilərdə smartfonun yerləşdiyi yer barəsində məlumatların göndərilməsi imkanını verəcək.

Sadalanmış bu proseslər peyk rabitəsi üzərindən reallaşdırılacaq. Öz çalışma prinsipinə görə Satellite SOS funksiyası iPhone 14 və iPhone 15 smartfonlarındakı Emergency SOS funksiyasına bənzəyir. Satellite SOS funksiyasını hansı Google Pixel modellərinin əldə edəcəkləri və funksiyanın ümumiyyətlə mövcud Pixel smartfonlarında istifadəyə verilib-verilməyəcəyi bilinmir. Çox güman ki, bu mövzu ilə bağlı ətraflı məlumat may ayında baş tutacaq Google I/O 2024 konfransında təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
