
Google Play aşağı keyfiyyətli tətbiqlər barəsində xəbərdarlıq etməyə başlayıb
Proqram Təminatı
14.02.2025
Emil
Android cihazlarının sahibləri Google Play Market-də tətbiqlər axtararkən, digər istifadəçilərin reytinqləri və rəyləri, ümumi yüklənmə sayı və digər göstəricilər məhsulun keyfiyyətini müəyyən etməyə kömək edir. İndi isə Google öz platformasında yayımlanan tətbiqlərin keyfiyyəti barədə daha çox məlumat təqdim edəcək. İstifadəçi rəyləri və Play Market-dəki tətbiq səhifəsində mövcud olan digər məlumatlara baxmayaraq, onun keyfiyyətini qiymətləndirmək həmişə asan olmur. Məsələn, bir tətbiqin yaxşı rəyləri və milyonlarla yüklənməsi ola bilər, lakin bir neçə ildir yenilənmədiyi üçün yeni cihazlarda düzgün işləməyə bilər.
Yüksək istifadəçi reytinqinə malik populyar tətbiqlərin onlara demək olar ki, heç nədə uduzmayan alternativləri də ola bilər, lakin istifadəçi onların mövcudluğundan xəbərdar olmaya bilər. Bu problemi həll etmək üçün Google Play Market-dəki tətbiq səhifələrində daha çox kontekstual məlumat dərc etməyə başlayacaq. Mənbənin məlumatına görə, bu yenilik artıq bəzi platforma istifadəçiləri üçün əlçatandır. Nəşr olunan görüntülərdə tətbiqin mümkün aşağı keyfiyyəti ilə bağlı üç fərqli xəbərdarlıq növünü görmək mümkündür.

Bir nümunədə tətbiqin Play Market-dəki digər məhsullarla müqayisədə daha tez silindiyi qeyd olunur, digərində istifadəçilərin onunla daha az qarşılıqlı əlaqədə olduğu bildirilir, üçüncü nümunədə isə tətbiqin analoqları ilə müqayisədə daha az aktiv istifadəçisinin olduğu göstərilir. Çox güman ki, Google əlavə xəbərdarlıq növləri də əlavə edəcək, lakin artıq mövcud olan bu mesajlar istifadəçilərə müəyyən bir məhsuldan nə gözləmək lazım olduğunu anlamağa kömək edir. Qeyd edək ki, belə xəbərdarlıqların görünməsi tətbiqin təhlükəli olduğu və ya ondan qaçmaq lazım olduğu anlamına gəlmir. Bununla belə, əlavə məlumat Play Market istifadəçilərinə daha şüurlu seçim etməyə kömək edəcək.
Mənbə: Android Authority
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Google I/O 2025 konfransının nə zaman keçiriləcəyi rəsmi şəkildə açıqlanıb
Google illik I/O konfransına həsr olunmuş rəsmi promo materiallarını yayımlayıb.

Cihazlar+
Təqdimata hazırlaşan Google Pixel 9a-nın render fotoları ortaya çıxıb
Google şirkəti yaxın zamanda orta büdcəli Pixel 9a smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun render fotoları ortaya çıxıb.

Proqram Təminatı
ChatGPT və digər çat-botlar xəbər xülasələrini yaxşı hazırlamırlar
BBC tərəfindən aparılmış araşdırma göstərib ki, dünyanın dörd ən populyar süni zəka əsaslı çat-botu xəbərlərin xülasəsini hazırlayarkən çoxlu səhvlərə yol verir.

Proqram Təminatı
Google Chrome istifadəçi hesablarının şifrələrini avtomatik şəkildə dəyişə biləcək
Şifrələrin dəyişdirilməsi internet təhlükəsizliyinin vacib bir hissəsidir. Lakin çox sayda istifadəçi hesabı olduğuna görə bu proses getdikcə çətinləşir.

Təhlükəsizlik
Google reCAPTCHA izləmə alətinə çevrilib (VİDEO)
reCAPTCHA sistemi, əvvəlcə veb resursları avtomatik hücumlardan qorumaq üçün yaradılmışdı, lakin zamanla o bu funksiyasını itirərək kütləvi istifadəçi izləmə vasitəsinə çevrildi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
