Logo
    main-post-cover

    Google Play-də eyni anda limitsiz sayda tətbiqin yenilənməsi imkanı test edilir

    Proqram Təminatı
    17.10.2024
    Emil
         Bir neçə müddət bundan öncə Android istifadəçiləri Google Play üzərindən eyni anda 3 ədəd tətbiqin yüklənməsi və 2 ədəd tətbiqin yenilənməsi imkanını əldə etmişdilər. Daha sonra Google Play üzərindən eyni anda 4 ədəd tətbiqin yüklənməsi imkanı test olunmağa başlandı. İndi isə istifadəçilər bildiriblər ki, Google Play üzərindən eyni anda daha çox tətbiqin yenilənməsi imkanının testinə start verilib. Android Police saytının redaktorlarından biri aşkar edib ki, Google Play-in 43.1.19 nömrəli versiyasında çoxlu sayda tətbiqi yeniləmək mümkündür. Bu imkan hələ çox istifadəçidə aktiv deyil.
    Google
    Paylaş