main-post-cover

    Google Play üzərindən cihazlardakı tətbiqləri distant şəkildə silmək mümkün olacaq

    Proqram Təminatı
    20.12.2023
    Farid Pardashunas
         Google şirkəti özünün tətbiqlər mağazası olan Google Play-i 38.8 versiyasına kimi yeniləyib. Yenilənmə çərçivəsində Google Play-ə yeni faydalı funksiya əlavə edilib. Söhbət, istifadəçinin bütün cihazlarından tətbiqləri distant şəkildə silə bilməsi funksiyasından gedir. Bu funksiya əsasən bir Google hesabına qoşulu olan çoxlu sayda cihaza sahib istifadəçilər üçün faydalı olacaq.
         Yenilənmiş Google Play-də sözügedən funksiyanı “Manage apps and device” bölməsində aşkar etmək olar. Bu bölməyə keçid edəndən sonra Manage bəndini seçmək lazımdır. Manage bəndini seçəndən sonra istifadəçinin bütün cihazlarının siyahısı və həmin cihazlara quraşdırılmış tətbiqlər əks olunacaqlar. İstifadəçi öz istəyinə uyğun olaraq cihazlarındakı tətbiqləri bu siyahı vasitəsilə silə biləcək. Sözügedən yenilənmə tədricən istifadəyə verildiyi üçün hamıda aktiv olmaya bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 9 smartfonları üçün eksklüziv olacaq yeni səsli köməkçi üzərində çalışır
    google-pixel-9-smartfonlari-ucun-ekskluziv-olacaq-yeni-sesli-komekci-uzerinde-calisir
    Google fotoların tərtibatı üçün olan Imagen neyron şəbəkəsinin ikinci versiyasını təqdim edib
    google-fotolarin-tertibati-ucun-olan-imagen-neyron-sebekesinin-ikinci-versiyasini-teqdim-edib
    Google Podcasts servisinin nə zaman bağlanacağı rəsmi şəkildə açıqlanıb
    google-podcasts-servisinin-ne-zaman-baglanacagi-resmi-sekilde-aciqlanib
    Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
    google-gemini-adli-suni-zeka-modelini-teqdim-edib-video
    Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
    google-sirketi-gemini-adli-suni-zeka-sisteminin-ise-salinmasini-gelen-ile-texire-salib