Logo
    main-post-cover

    Google Search bu il daha çox süni zəka köməkçisinə bənzəyəcək

    Proqram Təminatı
    05.02.2025
    Emil
         Google şirkətinin CEO-su Sundar Pichai-nin sözlərinə əsasən Google axtarış sistemi axtarış sistemi süni zəka ətrafında "səyahət" prosesindədir. Bu səyahətin ilk addımı süni zəka əsaslı xülasələrin (AI Overviews) təqdim edilməsi olub. Bu yenilik mübahisəli olsa da, Google-un milyardlarla istifadəçiyə məlumat təqdimetmə üsulunda əhəmiyyətli dəyişiklik yaradıb. Şirkət əldə olunanlarla kifayətlənmək niyyətində deyil. "Süni zəka insanların verə biləcəyi sorğuların diapazonunu genişləndirdikcə, 2025-ci il axtarış texnologiyaları üçün ən mühüm illərdən biri olacaq" - deyə Pichai vurğulayıb. O həmçinin Google axtarış sisteminin növbəti mərhələsinin süni zəka funksiyaları ilə zənginləşdirilməsi planlarından danışıb.
         Bu yeni funksiyalar DeepMind mütəxəssisləri tərəfindən hazırlanır. Google şirkətinin planına əsasən, axtarış sistemi tədricən süni zəka köməkçisinə çevriləcək. Bu sistem istifadəçinin əvəzinə veb səhifələri nəzərdən keçirəcək, məlumatları təhlil edəcək və ümumiləşdirilmiş cavab təqdim edəcək. Bu konsepsiya sadəcə sorğulara uyğun linklər göstərən ənənəvi axtarış sistemindən çox fərqlənir. Google bu istiqamətdə bir neçə ildir irəliləyir, lakin 2022-ci ilin sonunda OpenAI-nin ChatGPT-ni təqdim etməsi şirkəti gözlənilmədən yaxaladı. Lakin axtarış sistemində planlaşdırılan dəyişikliklər ciddi təsirlərə malik olacaq.
         Google trafikindən asılı olan veb saytlar və Google axtarış reklamlarına investisiya edən şirkətlər üçün yeni reallıq yaradacaq. Süni izəkanın və axtarış sistemlərinin gələcəyi haqqında sualı cavablandıran Sundar Pichai, bunun üçün DeepMind-ın multimodal süni zəka sistemi olan Project Astra-ya nəzər yetirməyin kifayət etdiyini bildirib. Bu alqoritm real zaman ərzində videonu emal edə bilir, kamera və ya kompüter ekranındakı görüntünü analiz edərək istifadəçilərin suallarına cavab verir. Google-un Project Astra ilə bağlı böyük planları var və onu digər biznes sahələrində də tətbiq etmək istəyir.
         Məsələn, şirkət bu multimodal süni zəka sistemini artırılmış reallıq (AR) eynəklərinin əsasına çevirmək niyyətindədir. Pichai həmçinin Gemini Deep Research adlı süni zəka agentindən bəhs edib. Bu sistem fərqli mənbələrdən məlumatları bir neçə dəqiqə ərzində təhlil edərək istifadəçilərə ümumiləşdirilmiş cavab təqdim edə bilir. Onun sözlərinə görə, bu texnologiya insanların ənənəvi olaraq Google axtarış sistemi vasitəsilə yerinə yetirdikləri bir çox prosesi avtomatlaşdırmağa kömək edəcək. "Siz həqiqətən də axtarış sisteminin istifadə imkanlarını genişləndirirsiniz. Bəzən dərhal cavab tapmaq mümkün olmur, lakin müəyyən vaxt sərf edərək problemi həll etmək mümkündür. Bütün bunlar tədqiqat sahəsinə aiddir və 2025-ci il ərzində istifadəçilərə yeni imkanlar təqdim edəcəyimizi görəcəksiniz" - deyə Sundar Pichai çıxışı zamanı bildirib.
         Bundan əlavə, şirkətin axtarışın inkişafı ilə bağlı dəqiq bir baxış nöqtəsinə sahib olduğunu vurğulayan Pichai, bu prosesi başqa bir süni zəka agenti - Project Mariner vasitəsilə genişləndirmək niyyətində olduqlarını qeyd edib. Bu agent istifadəçinin yerinə veb saytların interfeysləri ilə qarşılıqlı əlaqə qura biləcək. Bu da insanları saytlarda əllə çalışmaq zərurətindən azad edəcək. Pichai həmçinin axtarış sisteminin interfeysinin çat-bot üslubunda olacağını istisna etməyib, lakin bu mövzu ilə bağlı ətraflı məlumat verməkdən çəkinib.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    google-suni-zeka-infrastrukturunun-inkisafina-bu-il-75-milyard-dollar-investisiya-yatiracaq
    Tech-Biznes

    Google süni zəka infrastrukturunun inkişafına bu il 75 milyard dollar investisiya yatıracaq

    Google şirkətinin sahibi olan Alphabet holdinqi bu həftə ötən ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqladı. Şirkətin ümumi gəliri 12% artaraq 96.47 milyard dollara çatıb, lakin bu göstərici analitiklərin proqnozlarından aşağı olub.
    google-suni-zekani-herbi-meqsedlerde-istifade-etmeyeceyi-vedinden-imtina-edib
    Süni İntellekt

    Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib

    Bu həftə Google şirkəti öz veb saytından süni zəkanın silah və ya nəzarət üçün istifadə edilməyəcəyinə dair öhdəlik vədini silib. Şirkət saytdakı süni zəka prinsipləri səhifəsini yeniləyərək, "Məqsədimiz olmayan tətbiqlər" bölməsini silib. Bu bölmə hələ ötən həftə saytda mövcud idi.
    cin-sirketine-qarsi-antimonopoliya-istintaqina-start-verib
    Tech-Biznes

    Çin şirkətinə qarşı antimonopoliya istintaqına start verib

    Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) Google şirkətinə qarşı antimonopoliya qanunlarını pozmaq şübhəsi ilə bağlı araşdırmaya başlayacağını elan edib. Qeyd etmək lazımdır ki, Alphabet holdinqinə məxsus bu axtarış xidməti 2010-cu ildən bəri Çində əlçatan deyil.
    google-kecen-il-android-ucun-236-milyon-zererli-tetbiqi-bloklayib
    Təhlükəsizlik

    Google keçən il Android üçün 2.36 milyon zərərli tətbiqi bloklayıb

    Google, 2024-cü ildə Google Play mağazasında 2.3 milyondan çox Android tətbiqini bloklayıb. Bloklanmış tətbiqlər platformanın siyasətini pozduğuna və istifadəçilər üçün potensial təhlükəli olduğuna görə silinib.
    deepseek-boyuk-texnoloji-sirketlerin-sehvlerini-ortaya-cixardi
    Süni İntellekt

    DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı

    Çinin DeepSeek şirkətinin istifadəyə vermiş olduğu R1 adlı süni zəka modeli son günlərdə böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, şirkət sözügedən süni zəka modelinin hazırlanması üçün az həcmdə resurs sərf edərək süni zəka sahəsindəki qaydaları tamamilə dəyişib.