
Google Search məlumatları istifadəçinin üstünlük verdiyi mənbələrdən verməyi öyrıənib
Proqram Təminatı
13.08.2025
Emil
Süni intellektin geniş yayılmasına baxmayaraq, klassik axtarış sistemləri hələ də tamamilə istifadəçisiz qalmayıb. Lakin axtarışın keyfiyyəti ilə bağlı şikayətlərin sayı getdikcə artır. Bunu nəzərə alan Google vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atır. Şirkət “Üstünlük verilən mənbələr” (Preferred sources) adlı funksiyanı tətbiq edir. İstifadəçilər sistemə hansı saytlardan cavabları ilk növbədə görmək istədiklərini göstərə biləcəklər. Əgər göstərilən saytlarda sualınıza cavab varsa, o, “All” bölməsində görünəcək.

Həmçinin etibarlı mənbələrdən olan məqalələr axtarış nəticələri səhifəsindəki yeni “From your sources” bölməsində də göstəriləcək. Hələlik bu funksiya yalnız Hindistan və ABŞ-da, həm də yalnız ingilis dilində axtarışa şamil olunur. Funksiyanın daha geniş yayılma müddəti barədə rəsmi məlumat yoxdur. Google axtarışında xəbər mövzusu üzrə sorğu daxil etdikdən sonra “Top stories” bölməsinin sağ tərəfindəki ikona klikləyib üstünlük verilən mənbələri seçmək lazımdır. Daha sonra “Preferred sources” düyməsinə basmaq kifayətdir. Google bildirir ki, siz yenə də digər saytlardan axtarış nəticələrini görəcəksiniz. Bu funksionallıq daha əvvəl Google Labs-da sınaqdan keçirilmişdi. Şirkət iddia edir ki, istifadəçilər öz mənbələrini seçmək imkanını yüksək qiymətləndirirlər.
Paylaş