Logo
    main-post-cover

    Google Search-ün axtarış səhifəsinə süni zəka rejimi əlavə ediləcək

    Proqram Təminatı
    23.12.2024
    Emil
         Google şirkəti Google Search-ün axtarış səhifəsinə yeni funksiyanın əlavə edilməsini planlaşdırır. Söhbət, süni zəka rejimindən gedir. Bu rejim ənənəvi axtarış nəticələrini təqdim etmək əvəzinə istifadəçiyə süni zəka əsaslı çat-botla dialoq imkanını təklif edəcək. Çat-bot isə öz növbəsində istifadəçinin suallarına cavab verəcək. Məlumata əsasən süni zəka rejimi axtarış nəticələri səhifəsinin yuxarısında “All”, “News”, “Images”, “Videos” və s. seçimlərin əks olunduqları hissədəki menyu vasitəsilə işə düşəcək.
         Şirkətin Gemini adlı süni zəka əsaslı köməkçisində olduğu kimi axtarış səhifəsindəki süni zəka da öz cavablarını müvafiq saytlara olan linklərlə birlikdə təqdim edəcək və həmçinin sorğuların qeyd edilməsinə istiqamətlənmiş ikinci yazı sahəsini təklif edəcək. İkinci yazı sahəsində istifadəçi bu və ya digər mövzu ətrafında əlavə suallarını qeyd edə biləcək. “Hal-hazırda bizim müasir süni zəka modellərimiz inkişaf etməkdə davam edirlər və bütün bu yeni funksiyaların axtarışa inteqrasiyası üzrə möhtəşəm şans mövcuddur” - deyə Google qeyd edib. Qeyd etmək lazımdır ki, Google bu cür addımı OpenAI şirkətinin ChatGPT-yə axtarış sistemini inteqrasiya etməsinə cavab olaraq atır. Google axtarış səhifəsində süni zəka rejiminin nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Paylaş