main-post-cover

    Google Search-ün süni zəka funksiyalarına sahib ödənişli versiyası hazırlanır

    Proqram Təminatı
    04.04.2024
    Sabina Rustamli
         Financial Times-ın vermiş olduğu məlumata əsasən Google şirkəti Google Search axtarış servisinin süni zəka funksiyalarına sahib yenilənmiş versiyasını hazırlayır. Məlumatda qeyd edilib ki, onun adi Google Search-dən əsas fərqi ondan ibarət olacaq ki, yenilənmiş axtarış servisindən istifadə pullu olacaq. Google Search-ün aktual versiyası test rejimində iki süni zəka funksiyasını dəstəkləyir. Birinci funksiya SGE adlanır. O, axtarış nəticələrinin generativ süni zəka vasitəsilə daha geniş icmalını təklif edir. İkinci funksiya isə əsas axtarış nəticələri ilə linklərin digərlərindən ayıraraq istifadəçiyə təqdim edən xüsusi düyməni işə salır. Məlumata əsasən Google bu iki süni zəka funksiyasını ödənişli etmək qərarındadır. Bu funksiyaların stabil Google Search-ə nə zaman inteqrasiya ediləcəkləri və onlardan istifadə haqqının nə qədər təşkil edəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 15-də smartfonun yerləşdiyi yeri mobil operatorlardan gizlətmək mümkün olacaq
    android-15-de-smartfonun-yerlesdiyi-yeri-mobil-operatorlardan-gizletmek-mumkun-olacaq
    Google Pixel Watch 3 smart saatının batareya həcmi məlum olub
    google-pixel-watch-3-smart-saatinin-batareya-hecmi-melum-olub
    Google Pixel 9 smartfon seriyasına 3 model daxil olacaq
    google-pixel-9-smartfon-seriyasina-3-model-daxil-olacaq
    Android 15 hətta sönülü vəziyyətdə olan itmiş əşyaları tapmağa imkan verəcək
    android-15-hetta-sonulu-veziyyetde-olan-itmis-esyalari-tapmaga-imkan-verecek
    Google Pixel 8a təqdimata hazırlaşır
    google-pixel-8a-teqdimata-hazirlasir