Logo
    main-post-cover

    Google şirkəti ChromeOS ilə Android-i birləşdirməyi planlaşdırır

    Proqram Təminatı
    20.11.2024
    Emil
         Verilmiş yeni məlumata əsasən Google şirkəti ChromeOS ilə Android-in birləşdirilməsi üzərində çalışır. Bu üsul ilə şirkət ChromeOS-i Android-in bir hissəsinə çevirməyə hədəflənib. Məlumatda qeyd edilib ki, şirkət ChromeOS-dəki əsas funksiyaları Android-ə keçirtməyi planlaşdırır. Hələ iyun ayında şirkət bildirmişdi ki, Android-in bəzi elementləri ChromeOS-də istifadə ediləcək.
         Lakin verilmiş yeni məlumatda qeyd edilib ki, bu iki əməliyyat sistemi daha dərin şəkildə bir-biri ilə inteqrasiya ediləcək. Gözləntilərə əsasən bu cür özəllik Google şirkətinə iPad planşetləri ilə daha yaxşı rəqabət aparmağa imkan verəcək. Çox güman ki, söhbət, Google şirkətinin Pixel Tablet adlı planşet seriyası ilə iPad arasındakı rəqabətdən gedir. Lakin ChromeOS ilə Android-in birləşməsinin şirkətə hansa üstünlükləri verəcəyi aydın deyil. Bununla yanaşı bunun nəticəsi kimi gələcək Chromebook modelləri tamamilə Android əməliyyat sisteminə keçid edə bilərlər.
    Paylaş