Logo
    main-post-cover

    Google şirkəti Play Protect vasitəsilə Android-in təhlükəsizliyini gücləndirməyə hazırlaşır

    Proqram Təminatı
    25.10.2024
    Emil
         Google şirkəti Android-in təhlükəsizlik sisteminə yeni funksiyanın əlavə edilməsi üzərində çalışır. Məlumata əsasən hazırlanan yeni funksiya telefon zəngləri zamanı Play Protect təhlükəsizlik sisteminin deaktiv edilməsinin qarşısını almağa istiqamətlənib. Bu öz növbəsində istifadəçiləri dələduzlardan qoruya bilər. Qeyd etmək lazımdır ki, Play Protect yoxlanılmamış tətbiqlərin quraşdırılmasının qarşısını almağa istiqamətlənmiş təhlükəsizlik sistemidir.
         Lakin səhvən zərərli tətbiqlər kimi təyin edilmiş proqram təminatlarının yüklənməsi üçün onu deaktiv etmək mümkündür. Digər tərəfdən dələduzlar bu və ya digər istifadəçini müəyyən zərərli proqram təminatının yüklənməsinə məcbur edərək bu cü imkandan istifadə edə bilərlər. Google öz növbəsində bu ehtimalı aradan qaldırmaq qərarına gəlib. Yeni təhlükəsizlik funksiyası Play Protect sisteminin telefon zəngləri zamanı deaktiv edilməsini aradan qaldırır. Bu yenilik artıq Google Play Store platformasının sisteminə əlavə olunsa da, o hələ yalnız Sinqapurda aktivdir.
    Paylaş