
Google tətbiqində Pinterest analoqu istifadəyə verilə bilər
Proqram Təminatı
27.05.2025
Emil
Google tətbiqində məşhur Pinterest xidmətinə bənzər bir funksiyanın meydana çıxması mümkündür. Android Authority jurnalistləri Google tətbiqinin yeni versiyasının proqram kodunu araşdırarkən Images adlı yeni bir bölməyə dair istinada rast gəliblər. Əlavə təhlil nəticəsində məlum olub ki, Images bölməsi Pinterest kimi işləyə bilər. Yəni istifadəçilər fotoları rəqəmsal lövhəyə əlavə edə və onları icma ilə paylaşa bilərlər. Ehtimal olunur ki, bu bölməni ilk dəfə açan zaman istifadəçiyə ən azı 3 mövzu seçmək təklif olunacaq və bundan sonra lent istifadəçinin maraqlarına və axtarışlarına uyğun şəkildə formalaşacaq. Pinterest-də olduğu kimi, bu bölmədəki fotoları paylaşmaq və ya yadda saxlamaq mümkün olacaq. Həmçinin fotoları Google Lens vasitəsilə axtarmaq funksiyası da təqdim olunacaq. Hazırda Images funksiyası daxili test mərhələsindədir və Google hələ bu yeni funksiyanı rəsmi şəkildə elan etməyib.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
