Logo
    main-post-cover

    Google və Samsung kimi digər şirkətlər də öz smartfonlarında 7 illik Android dəstəyini təmin edə biləcəklər

    Proqram Təminatı
    28.10.2024
    Emil
         Google Samsung Android smartfon istehsalçıları arasında 7 il müddətinə əməliyyat sistemi yenilənməsini təklif edən ilk şirkətlər oldular. Google şirkəti Qualcomm kimi prosessor istehsalçılarına öz məhsullarında Android-in 7 illik dəstəklənməsi imkanını verən Longevity GRF adlı proqramı təqdim edib. Bu proqram sayəsində digər smartfon istehsalçıları da Google və Samsung kimi öz cihazlarında 7 illik Android dəstəyini reallaşdıra biləcəklər. 2020-ci ildə işə salınmış GRF (Google Requirements Freeze) proqramı cihazlarda Android-in 3 il ərzində dəstəklənməsi imkanını verirdi. Bu, smartfon istehsalçılarının proqram təminatlarına olan tələblərin dondurulması hesabına mümkün idi.
         Bu öz növbəsində əməliyyat sisteminin yenilənməsi prosesini sadələşdirirdi. İşə salınmış Longevity GRF proqramı isə cihazlarda Android dəstəyini 7 ilə kimi uzadır. Bu isə o deməkdir ki, sözügedən proqramı dəstəkləyən prosessorlara sahib smartfonlar 7 Android versiyasını əldə edə biləcəklər. Lakin bununla belə smartfon istehsalçıları Google şirkətinin təhlükəsizlik ilə bağlı tələblərinə uyğun gəlmək üçün hər 3 ildən bir Linux nüvəsini yeniləməli olacaqlar. Longevity GRF proqramını dəstəkləyən ilk prosessor Snapdragon 8 Elite oldu. Qeyd etmək lazımdır ki, bu proqram daha çox smartfon istehsalçısının öz cihazlarında daha uzun müddətli Android dəstəyinin təmin edə bilməsinə istiqamətlənib.
    Paylaş