
Grok çat-botunun tətbiqi iOS üçün istifadəyə verilib
Proqram Təminatı
10.01.2025
Emil
Elon Musk-a məxsus olan xAI şirkəti özünün Grok adlı süni zəka əsaslı çat-botunu ilk növbədə X-də (keçmiş Twitter) istifadəyə vermişdi və ondan yalnız X Premium abunəliyinin istifadəçiləri faydalana bilərdilər. Lakin keçən ilin sonuna yaxın X-in istənilən istifadəçisi üçün bu çat-botdan faydalanmaq imkanı verildi. İndi isə xAI şirkəti Grok-u ayrıca tətbiq şəklində istifadəyə verib. Tətbiq hələ test rejimində yalnız iOS istifadəçiləri üçün təqdim edilib. Onu App Store-dan yükləmək olar. Tətbiqin əsas fərqləndirici tərəfi Grok-un pulsuz versiyasından məhdud şəkildə istifadədir. Belə ki, tətbiq istifadəçilərinə hər iki saatdan bir 10 sorğu göndərmək icazəsi verilir. Bununla yanaşı istifadəçilər gün ərzində yalnız 3 ədəd foto analiz sorğusu göndərə bilərlər. Tətbiqdən istifadəçi hesabına sahib olmadan istifadə etmək olar. Lakin buna baxmayaraq tətbiq daxilində X, Google, Apple hesabları və elektron poçt vasitəsilə giriş imkanı mövcuddur.

Paylaş
Bənzər xəbərlər

Sosial Media
Grok çat-botu X-in (keçmiş Twitter) bütün istifadəçiləri üçün aktiv olub
Elon Musk-a məxsus olan xAI şirkətinin generativ süni zəka sistemi əsasında çalışan Grok adlı çat-bot X-in (keçmiş Twitter) bütün istifadəçiləri üçün aktiv olub.

Elm & Texnologiya
Elon Musk-ın 100.000 GPU-lu superkompüteri ilk dəfə görüntülənib! (VİDEO)
Elon Musk-ın tamamlanması 122 gün davam edən və 100.000 GPU ilə təchiz olunmuş xAI Colossus superkompüteri ilk dəfə ictimaiyyətə təqdim edilib. Bir YouTuber, təsisi gəzərək görüntülərini paylaşıb.

Süni İntellekt
Süni zəka əsaslı Grok çat-botunun təılimatlandırılmasının hansı qiymətə başa gəldiyi məlum olub
Elon Musk özünə məxsus olan xAI şirkəti tərəfindən 1 il bundan öncə yaradılmış Grok adlı çat-botun inkişafı barəsində təfərrüatları bölüşüb.

Süni İntellekt
Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
xAI-nin superkompüter layihəsi ortaya çıxıb. Elon Musk, şirkətin süni intellektini dəstəkləməsi üçün investorlar axtarışındadır.

Tech-Biznes
Elon Musk-ın xAI şirkəti 6 milyard dollar investisiya əldə etməyə hazırlaşır
Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı 6 milyard dollar investisiyanın cəlb edilməsi üçün investorlarla razılığa gəlib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
