main-post-cover

    Hansı iPhone modelləri, süni intellekt (Apple Intelligence) xüsusiyyətlərini əldə edəcək?

    Proqram Təminatı
    10.09.2024
    Farid Pardashunas

         Apple-ın bu yaxınlarda açıqladığı süni intellekt xüsusiyyətləri olan Apple Intelligence, hansı telefonlara gələcək? Bugünkü iPhone modellərinin hamısı bu xüsusiyyətlərə sahib olacaqmı? Süni intellekt xüsusiyyətləri ilə bağlı suallarınızı cavablandırırıq.

         Bu gün maraqla gözlənilən iPhone 16 modellərini rəsmi olaraq bizlərə təqdim edən Apple, iyun ayında əməliyyat sistemlərinin yeni versiyası ilə "Apple Intelligence" adlı süni intellekt xüsusiyyətlərini cihazlarına gətirəcəyini açıqlamışdı. Ancaq vurğulanıb ki, biz bu xüsusiyyətləri hər cihazda görə bilmirik. Bu o deməkdir ki, bütün iPhone sahibləri süni intellekt funksiyalarından istifadə edə bilməyəcək. Yəni süni intellekt xüsusiyyətləri, yalnız müəyyən telefonlara gələcək.
     
    • iPhone 15 Pro
    • iPhone 15 Pro Max
    • iPhone 16
    • iPhone 16 Plus
    • iPhone 16 Pro
    • iPhone 16 Pro Max
     
         Yuxarıda gördüyünüz kimi, yalnız A17 Pro və yuxarı prosessorlu iPhone modelləri, süni intellekt yeniləməsini alacaq. Bu o deməkdir ki, standart və ya Pro-dan asılı olmayaraq, A18 seriyası prosessorları ilə gələn və bu gün təqdim edilən iPhone 16 ailəsinin bütün modellərində Apple Intelligence-dən istifadə etmək mümkün olacaq.
         Apple Intelligence, yaxın həftələrdə çıxış edəcək iOS 18 ilə birbaşa gəlməyəcək. Apple, oktyabr ayında, ehtimal ki, iOS 18.1 ilə süni intellekt xüsusiyyətlərini telefonlara gətirəcək. Ona görə də bir az daha gözləməli olacağıq. Əlbəttə, qeyd etmək lazımdır ki, bütün funksiyalar iOS 18.1 ilə gəlməyəcək. Belə ki, Genmoji, foto yaratma ChatGPT inteqrasiyasının ilin sonuna qədər əlavə ediləcəyi gözlənilir. Generativ süni intellektlə dəstəklənən Siri, yəqin ki, ilin sonuna qədər bizimlə görüşməyəcək. Son olaraq, Apple, süni intellekt xüsusiyyətlərinin ilk növbədə Amerika ingiliscəsində olacağını bildirib. Bildirilib ki, gələn ildən digər dillərə də dəstək əlavə olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hansı iPhone modelləri, iOS 18 yeniləməsini alacaq?
    hansi-iphone-modelleri-ios-18-yenilemesini-alacaq
    iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
    iphone-16-16-plus-16-pro-ve-16-pro-max-teqdim-olundu-qiymeti
    Bir istifadəçi, iPhone-nun suya davamlılığının marketinq hiləsi olduğunu bildirərək Apple-a qarşı iddia qaldırıb!
    bir-istifadeci-iphone-nun-suya-davamliliginin-marketinq-hilesi-oldugunu-bildirerek-apple-a-qarsi-iddia-qaldirib
    Yeni dünya rekordu: Dünyanın ən böyük iPhone 15 Pro Max-ı hazırlanıb (VİDEO)
    yeni-dunya-rekordu-dunyanin-en-boyuk-iphone-15-pro-max-i-hazirlanib-video
    iPhone 16 Pro-nun standart versiyası 128 GB daxili yaddaşa sahib olmayacaq
    iphone-16-pro-nun-standart-versiyasi-128-gb-daxili-yaddasa-sahib-olmayacaq