
HarmonyOS Çində iOS-dən daha məşhur olub
Proqram Təminatı
14.06.2024
Emil
Bir neçə il bundan öncə Huawei şirkəti ABŞ sanksiyalarına cavab olaraq özünün HarmonyOS adlı əməliyyat sistemini yaratdı. İndi isə məlum olub ki, sözügedən əməliyyat sistemi Çindən iOS-dən daha məşhurdur. Məlumata əsasən bu ilin birinci rübündə HarmonyOS Çində ilk dəfə iOS-i geridə qoymağı bacardı. Onun Çin bazarında pay göstəricisi 17% təşkil edir. iOS-də isə bu göstərici 16%-dir. Keçən ilin birinci rübü ilə müqayisədə HarmonyOS-in Çində pay göstəricisi iki dəfə artıb. Qeyd etmək lazımdır ki, 1 il bundan öncə iOS-in Çin bazarında pay göstəricisi 20% təşkil edirdi. 1 il ərzində isə bu göstərici 4% aşağı düşüb. Bunun sayəsində HarmonyOS birinci yerə yüksəlib. Çin bazarında ən böyük pay göstəricisinə sahib mobil əməliyyat sistemi isə Android-dir. Söhbət, 68%-lik pay göstəricisindən gedir. Dünya miqyasına nəzər yetirdikdə isə görmək olar ki, Android mobil əməliyyatlar bazarının 77%-nə, iOS 19%-nə, HarmonyOS isə 4%-nə sahibdir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
