
Huawei HarmonyOS əməliyyat sistemini digər ölkələrdə də istifadəyə verəcək
Proqram Təminatı
24.04.2024
Farid
Huawei tərəfindən 2012-ci ildən hazırlanmış və 2019-cu ildə istifadəyə verilmiş HarmonyOS əməliyyat sistemi hələ də eksklüziv olaraq Çin bazarı üçün nəzərdə tutulub. Lakin məlum olub ki, Huawei öz əməliyyat sistemini qlobal bazara çıxartmaq planına sahibdir. Bu barədə məlumatı Huawei sədrinin vəzifəsini icra edən Eric Xu təqdim edib. Huawei tərəfindən Çinin Şençjen şəhərində keçirilmiş 21-ci Analitik Sammiti çərçivəsində çıxış etmiş Eric Xu bildirib ki, Çin bazarı HarmonyOS üçün prioritetli olaraq qalır.
Lakin bununla belə o təsdiqləyib ki, şirkət gələcəkdə HarmonyOS-i digər ölkələrdə də istifadəyə verməyi planlaşdırır. Həmin zamana kimi isə şirkət HarmonyOS ilə uyğunlaşa bilən mobil tətbiqlərdən təşkil edilmiş güclü təməli formalaşdırmalıdır. “Biz, ilkin növbədə Çin bazarı üçün HarmonyOS tətbiqlər ekosistemini hazırlamağa aktiv şəkildə davam edəcəyik. Daha sonra isə biz onu tədricən digər ölkələrdə istifadəyə verəcəyik” - deyə Eric Xu öz çıxışı çərçivəsində qeyd edib.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
