main-post-cover

    Huawei HarmonyOS-in desktop verisyasını istifadəyə verməyə hazırlaşır

    Proqram Təminatı
    02.02.2024
    Emil Nəcəfov
         İnsayderlər Huawei şirkətinin HarmonyOS əməliyyat sisteminin kompüterlər üçün nəzərdə tutulmuş versiyası barəsində yeni məlumatlar veriblər. Onların sözlərinə əsasən şirkət mütəxəssisləri əməliyyat sisteminin desktop versiyasının hazırlanması məsələsində bir xeyli irəliləyiblər. Məlumatda qeyd edilib ki, HarmonyOS-in desktop versiya layihəsi çoxdan hazırlanıb. Çox güman ki, şirkət onun son hazırlanma mərhələsindədir və onu istifadəyə verməyə hazırlaşır.
          Bununla yanaşı insayderlər bildiriblər ki, Huawei qrafik prosessorlar mövzusunda da irəliləyişə nail olub. Lakin bu mövzuda söhbətin əməliyyat sisteminin qrafik prosessorlarla çalışmasından və ya şirkətin öz fərdi qrafik prosessorlarını hazırlamasından getdiyi aydın deyil. Qeyd etmək lazımdır ki, hələ keçən ilin payız fəslində Huawei rəsmiləri bildirmişdilər ki, şirkət HarmonyOS-in desktop versiyasını 2024-cü ildə istifadəyə verməyi planlaşdırır. Lakin digər tərəfdən HarmonyOS-in desktop versiyasının yalnız Çin bazarı üçün nəzərdə tutulacağı ehtimalı da yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin texniki imkanları açıqlanıb
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-nin-texniki-imkanlari-aciqlanib
    Huawei Kirin prosessorlu yeni noutbuk üzərində çalışır
    huawei-kirin-prosessorlu-yeni-noutbuk-uzerinde-calisir
    Huawei P70 iki müxtəlif ekran ölçüsü versiyasında test edilir
    huawei-p70-iki-muxtelif-ekran-olcusu-versiyasinda-test-edilir
    Huawei artıq Mate 70 flaqman smartfonlarının testlərinə start verib
    huawei-artiq-mate-70-flaqman-smartfonlarinin-testlerine-start-verib
    Qatlana bilən qapaqlı Huawei Pocket S2-nin dəqiq təqdimat tarixi açıqlanıb
    qatlana-bilen-qapaqli-huawei-pocket-s2-nin-deqiq-teqdimat-tarixi-aciqlanib