
Huawei HarmonyOS NEXT mobil əməliyyat sistemini təqdim edib (VİDEO)
Proqram Təminatı
19.01.2024
Emil
Huawei şirkəti keçirtmiş olduğu xüsusi press-konfrans çərçivəsində HarmonyOS NEXT adlı mobil əməliyyat sistemini təqdim edib. Şirkətin sözlərinə əsasən sözügedən əməliyyat sistemi Huawei tərəfindən hazırlanmış nüvəyə sahibdir və o, Android tətbiqləri dəstəkləmir. Şirkət bildirib ki, HarmonyOS NEXT-in beta versiyaları hazırdır və onlar yaxın zamanda Huawei smartfonlarında istifadəyə veriləcək. Şirkət bildirib ki, HarmonyOS NEXT-in əsasını Hongmeng adlı nüvə təşkil edir.
Sözügedən mobil əməliyyat sisteminin yaradılmasında tərtibatçılar Pangu süni zəka modelini, DevEco Studio adlı inteqrasiya edilmiş tərtibatçılıq mühitini, ArkUI və ArkUI-X adlı proqramlaşdırma mühitlərini, Ark kompilyatorunu, ArkTS və Cangjie proqramlaşdırma dillərini və o cümlədən EROFS və HMDFS adlı fayl sistemlərini istifadə ediblər.
Huawei HarmonyOS NEXT-i AOSP (Android Open Source Project) distributiv elementlərindən istifadə etməyən və Android həllərindən tamamilə müstəqil olan mobil əməliyyat sistemi kimi qələmə verir. Nəticədə HarmonyOS NEXT-də APK fayl dəstəyi mövcud deyil. Çinli tərtibatçılar artıq öz tətbiqlərini bu yeni platformaya inteqrasiya etməyə başlayıblar. Qeyd etmək lazımdır ki, HarmonyOS NEXT yalnız Çin bazarında istifadəyə veriləcək. Qlobal bazarda Huawei smartfonlarında Android tətbiqlərinin dəstəyi davam edəcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
