
HyperOS 2.0 köhnə cihazlarda daha axıcı çalışacaq
Proqram Təminatı
13.08.2024
Emil
Xiaomi şirkəti hal-hazırda HyperOS 2.0 üzərində çalışır və onun yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir. Məlumata əsasən HyperOS 2.0 yaxşılaşdırılmış performansı və köhnə cihazlarda genişləndirilmiş dəstəyi təklif edəcək. HyperOS-in keçən il təqdim edilmiş birinci versiyası bir sıra problemlərlə qarşılaşmışdı. Onda bəzi səhvlər var idi və üstəlik o, bəzi smartfonlarda aşağı performansı sərgiləyirdi.
Verilmiş yeni məlumata əsasən Xiaomi şirkəti HyperOS 2.0-də daha axıcı və rahat istifadəçi interfeysinin təmin olunması istiqamətində ona ciddi resurslar sərf edir. Üstəlik şirkət HyperOS 2.0-da süni zəka imkanlarını genişləndirməyi planlaşdırır. Bundan əlavə olaraq HyperOS 2.0-ın daha geniş sayda köhnə cihazların dəstəklənməsi özəlliyinə sahib olacağı gözlənilir. Bunun sayəsində HyperOS 2.0-ın imkanlarından daha çox istifadəçi faydalana biləcək. Gözləntilərə əsasən HyperOS 2.0 oktyabr ayında Xiaomi 15 smartfon seriyası ilə birlikdə təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
