HyperOS-də kompüter oyunlarının dəstəyi reallaşdırılacaq
Proqram Təminatı
22.01.2025
Emil
Xiaomi şirkəti HyperOS-in yeni maraqlı özəlliyini anons edib. Belə ki, şirkət bu istifadəçi interfeysinə WinPlay adlı mühərriki inteqrasiya edib. Nəticədə HyperOS bunun sayəsində Windows oyunları dəstəkləyəcək. Məsələn istifadəçilər HyperOS vasitəsilə çalışan 12.4 düym ölçülü ekrana sahib Xiaomi Pad 6S Pro planşetində Windows oyunlarını oynaya biləcəklər. Şirkət həmçinin bildirib ki, sözügedən planşet üstəlik Steam dəstəyini əldə edəcək. Məlumata əsasən şirkət WinPlay-in Xiaomi Pad 6S Pro planşetində testinə hazırlaşır. Şirkətin sözlərinə əsasən WinPlay-in istifadəsi halında qrafik nüvənin performans itkisi yalnız 2.9% təşkil edir. Üstəlik bu mühərrik planşetə gamepadın, klaviaturanın və kompüter siçanının qoşulması imkanını dəstəkləyir. WinPlay mühərrikinin yalnız bir planşetdə yoxsa Xiaomi-nin HyperOS vasitəsilə çalışan bütün cihazlarında aktiv olacağı bilinmir.