Logo
    main-post-cover

    Instagram-a "keçilməz" reklamlar gəlir!

    Proqram Təminatı
    03.06.2024
    Aslan

         Instagram, "Ad Breaks" adlı yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. İstifadəçilər artıq fotoşəkillərə baxmağa davam etmək üçün "keçilməz" reklamlara baxmalı olacaqlar.

         Sosial şəbəkələrdəki bir çox istifadəçi, Instagram-ın scrolling-ə reklamlar gətirəcək “Ad Break” funksiyasını sınaqdan keçirdiyini bildirir. Keçirilməyən reklamlar 3 ilə 5 saniyə arasında davam edəcək. Scrolling-də reklam görməyə başlayan istifadəçilərin paylaşdığı ekran şəkllərinə görə, fotoşəkillərə və ya hekayələrə baxarkən reklamlar görünəcək və Instagram-dan istifadəni davam etdirməyin yeganə yolu reklamlara baxmaq olacaq.
         Instagram, hazırda insanların yeni reklam formatına necə reaksiya verəcəyini anlamaq üçün az sayda istifadəçi ilə sınaqdan keçirir. "Ad Break" xüsusiyyəti ilə bağlı rəsmi açıqlama verilmir və atlana bilməyən reklamların bütün hesablara nə zaman tətbiq ediləcəyi bəlli deyil.
    Paylaş