main-post-cover

    iOS 18 Apple tarixində ən böyük əməliyyat sistemi yenilənmələrindən biri ola bilər

    Proqram Təminatı
    29.01.2024
    Emil Nəcəfov
         Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkətinin iOS 18 ilə bağlı böyük planları var. İnsayderin sözlərinə əsasən iOS 18 Apple smartfonları tarixində ən böyük əməliyyat sistemi yenilənməsi ola bilər. “Əldə etmiş olduğum məlumata əsasən yeni əməliyyat sistemi şirkət daxilində Apple tarixindəki ən böyük iOS yenilənmələrindən biri hesab edilir” - deyə Gurman qeyd edib. iOS 18-də gözlənilən əsas yeniliklərdən biri də mesajların mübadiləsi üçün nəzərdə tutulmuş RCS adlı standartın dəstəyidir.
         Bu standart öz növbəsində iPhone ilə Android cihazlar arasındakı mesaj mübadiləsi prosesini yaxşılaşdırmalıdır. Apple RCS dəstəyini keçən il anons etmiş və onu 2024-cü ildə reallaşdırmağı söz vermişdi. iOS 18-də gözlənilən digər bir yenilik isə generativ süni zəka imkanlarına sahib yenilənmiş Siri səsli köməkçisidir. Bəzi məlumatlara əsasən Apple Siri-yə böyük dil modellərini inteqrasiya etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, iOS 18 iyun ayında keçiriləcək WWDC 2024 konfransı çərçivəsində təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni iPad Pro ilə MacBook Air artıq istehsalat mərhələsindədirlər
    yeni-ipad-pro-ile-macbook-air-artiq-istehsalat-merhelesindedirler
    Apple digər ölkələrin istifadəçilərinə kənar tətbiq mağazalarından istifadəyə imkan verməyəcək
    apple-diger-olkelerin-istifadecilerine-kenar-tetbiq-magazalarindan-istifadeye-imkan-vermeyecek
    Nəyə görə Apple kənar tətbiq mağazaları imkanını digər ölkələrdə reallaşdırmır?
    neye-gore-apple-kenar-tetbiq-magazalari-imkanini-diger-olkelerde-reallasdirmir
    Apple iOS-də kənar tətbiq mağazalarının olacağını təsdiqlədi
    apple-ios-de-kenar-tetbiq-magazalarinin-olacagini-tesdiqledi
    Apple şirkəti Apple Pencil 3 stilusu üzərində çalışır
    apple-sirketi-apple-pencil-3-stilusu-uzerinde-calisir