main-post-cover

    iOS 18-də olacaq bəzi yeni funksiyalar açıqlanıb

    Proqram Təminatı
    16.05.2024
    Emil Nəcəfov
         Apple şirkəti gələn ay keçiriləcək WWDC 2024 konfransı çərçivəsində iOS 18 əməliyyat sistemini təqdim edəcək. İndi isə şirkət iOS 18-də olacaq bəzi yeni funksiyalardan danışıb. Məlum olub ki, sözügedən əməliyyat sistemi göz hərəkətləri vasitəsilə idarəetmə imkanını, nəqliyyatda iPhone-dan istifadə edən zaman ola biləcək ürək bulantısı effektinin aşağı salınması funksiyasını və bir sıra digər funksiyaları əldə edəcək. Beləliklə iOS 18-də istifadəyə veriləcək əsas yeniliklərdən biri də Eye Tracking funksiyası olacaq. Bu funksiya smartfonu göz hərəkəti vasitəsilə idarə etməyə imkan verəcək. Bunun üçün iOS 18 smartfonun ön kamerasından istifadə edəcək.
         Eye Tracking funksiyası çərçivəsində ön kamera istifadəçinin, ekranın hansı hissəsinə baxdığını nəzarətdə saxlayacaq və bunun sayəsində istifadəçi interfeysi daxilində naviqasiyanı təmin edəcək. Bu və ya digər virtual düymənin kliklənməsi və ya hansısa mətnin seçilməsi üçün istifadəçi sadəcə olaraq lazımi elementə baxaraq nəzərini bir neçə saniyəlik saxlamalı olacaq. Bu funksiya fiziki məhdudiyyətli istifadəçilər üçün çox faydalı ola bilər. iOS 18-də istifadəyə veriləcək daha bir yenilik isə Music Haptics adlı funksiya olacaq. Bu funksiya eşitmə əngəlli istifadəçilərin də musiqidən zövq almalarına hədəflənib.
         Music Haptics funksiyası smartfonun taktil geri dönüş elementindən istifadə edərək vibrasiyanı musiqinin tempinə uyğun olaraq sinxronlaşdıracaq. Vehicle Motion Cues adlı digər bir funksiya hərəkətdə olan nəqliyyatda iPhone-dan istifadə edən zaman yarana biləcək ürək bulantısı effektinin aşağı salınmasına hədəflənib. Vehicle Motion Cues funksiyasının aktivləşdirilməsindən sonra smartfon ekranında animasiyalı nöqtələr əmələ gələcək və həmin nöqtələr nəqliyyatın hərəkət istiqaməti üzrə hərəkətdə olacaqlar. Apple bildirib ki, bu, beynin sensorlu qarşılıqlı əlaqələrindəki pozulmaları azaldır və nəticədə ürək bulantısı effektini zəiflədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple artıq 7-ci nəsil iPad Air üzərində çalışır
    apple-artiq-7-ci-nesil-ipad-air-uzerinde-calisir
    Yeni nəsil iPad mini nə zaman təqdim ediləcək?
    yeni-nesil-ipad-mini-ne-zaman-teqdim-edilecek
    Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
    apple-ios-18-de-chatgpt-nin-istifadesi-movzusunda-openai-ile-raziliga-gelib
    Apple qatlana bilən cihazı üçün elastiki ekran istehsalçısını seçib
    apple-qatlana-bilen-cihazi-ucun-elastiki-ekran-istehsalcisini-secib
    Yenilənmiş Siri Apple şirkətinin süni zəka strategiyasının əsas hissəsinə çevriləcək
    yenilenmis-siri-apple-sirketinin-suni-zeka-strategiyasinin-esas-hissesine-cevrilecek