Logo
    main-post-cover

    iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək

    Proqram Təminatı
    07.06.2024
    Emil
         Gələn həftə (10 iyun) Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək. Sözügedən konfrans çərçivəsində şirkət iOS 18-i və onun tərkibində istifadəyə veriləcək süni zəka imkanlarını təqdim edəcək. İndi isə Bloomberg saytı xəbər verib ki, şirkətin iOS 18 tərkibində təqdim edəcəyi yeni tətbiqlərdən biri şifrələrin idarəsi üçün nəzərdə tutulmuş tətbiq ola bilər. Bloomberg-in məlumatına əsasən şirkət Passwords adlı yeni tətbiqin təqdimatına hazırlaşır.
         Məlumatda qeyd edilib ki, sözügedən tətbiq şifrələrin tərtibatı, izlənməsi, təsdiq kodlarının dəstəyi imkanlarını təqdim edəcək və Google Authenticator kimi autentifikasiya tətbiqi rolunda çıxış edəcək. Bloomberg bildirib ki, bu yeni tətbiq iCloud Keychain əsasında çalışır və bunun sayəsində istifadəçilər Apple cihazları arasındakı şifrələrini sinxronlaşdıra biləcəklər. Görünür, Apple şirkəti öz istifadəçilərinin daha etibarlı şifrələrdən istifadə etmələrini və öz cihazlarının konfidensiallıqlarını daha yüksək səviyyədə təmin etmələrini istəyir. Buna bənzər digər tətbiqlər kimi Passwords tətbiqi də istifadəçilərin şifrələrinin siyahısını tərtib edəcək.
    Paylaş