
iOS 18 ilə iPadOS 18 visionOS tərzində dizayn əldə edə bilərlər
Proqram Təminatı
12.02.2024
Emil
İsrailin The Verifier saytının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Apple şirkəti iOS 18 və iPadOS 18 üçün böyük interfeys yenilənməsini hazırlayır. Məlumatda qeyd edilib ki, adları sadalanmış əməliyyat sistemləri şirkətin qarışıq reallıq cihazı Apple Vision Pro-da istifadə edilən visionOS əməliyyat sisteminə bənzəyəcək. Qeyd etmək lazımdır ki, visionOS özündə dairəvi künc hissə elementlərini, kölgələr və dərinlik hesabına həcmliliyi, o cümlədən bəzi elementlərin yarışəffaf xüsusiyyətini birləşdirir.

iOS 18 ilə iPadOS 18-də dizayn dəyişikliyinə həmçinin tvOS 17.2-dəki Apple TV tətbiqinin yenilənməsi işarə edir. Belə ki, sözügedən tətbiq tvOS 17.2-də visionOS-dəki kimi reallaşdırılıb. Məsələn tətbiqin yarışəffaf kənar paneli dairəvi künc hissələrə sahibdir və o, tətbiqin ümumi interfeysi üzərində yerləşir. Gözləntilərə əsasən Apple TV tətbiqinin iPadOS üçün nəzərdə tutulmuş versiyası da eyni dizaynı əldə edəcək. Bununla belə iOS 18 ilə iPadOS 18-də dizayn dəyişikliyi məlumatına bir qədər şübhə ilə yanaşmaqda fayda var.
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
