main-post-cover

    iOS 18-in stabil versiyası hamı üçün istifadəyə verilib

    Proqram Təminatı
    17.09.2024
    Emil Nəcəfov
         Apple şirkəti iOS 18-in stabil versiyasını bütün istifadəçilər üçün istifadəyə verib. İstifadəyə verilmiş yeni əməliyyat sistemi gündəlik həyatda istifadə üçün faydalı ola biləcək bir sıra yeni funksiyalara sahibdir. Beləliklə iOS 18-də istifadəyə verilmiş əsas yeniliklərdən biri ekranın ana səhifəsinin ayarlanması imkanıdır. Belə ki, istifadəçi tətbiq ikonlarını və vidjetləri bundan sonra ekranın ana səhifəsində istənilən sıralanma üzrə istənilən yerdə yerləşdirə biləcək. Bununla yanaşı istifadəçi tətbiq ikonlarının və vidjetlərinin rənglərini və onların ölçülərini də dəyişə bilər.
         Bundan əlavə olaraq istifadəçi bloklanmış ekrandakı elementlərin silinməsi imkanından da faydalana bilər. Şirkət iOS 18 çərçivəsində Photos tətbiqinə sadələşdirilmiş axtarış sistemini əlavə edib. Həmçinin sözügedən tətbiq daxilində “Recent Days” və “People & Pets” kimi albomlar və fotoların daha dəqiq şəkildə müxtəlif mövzulu kateqoriyalara ayrılması üçün süni zəka alqoritmi istifadəyə verilib. İstifadəçilər fotolardan təşkil edilmiş sevimli kolleksiyalarını tətbiq daxilində yuxarı hissədə bərkidə biləcəklər. Bu öz növbəsində onlara sevdikləri fotolara sürətli keçid imkanını verəcək.
         Safari brauzeri iOS 18 çərçivəsində bu və ya digər veb səhifədəki əsas məlumatların əks olunmasına istiqamətlənmiş Highlights funksiyasını və Distraction Control rejimini əldə edib. Bu rejim saytlarda bannerlər kimi lazımsız elementlərin gizlədilməsini təmin edir. Əməliyyat sisteminin özündə Passwords adlı yeni sistem tətbiqi əlavə edilib. Bu tətbiq şifrələrə sürətli keçidi və müxtəlif hesablara baxışı təmin edir. Onun daxilində məlumatların end-to-end şifrələnməsi reallaşdırılıb və istifadəçi bu tətbiqin yardımı ilə öz hesabları üçün etibarlı şifrələri yarada bilər.
         Yeni konfidensiallıq funksiyaları arasında tətbiqlərin bloklanması və ya gizlədilməsi, tətbiqlərə kontaktlar siyahısına keçid imkanının məhdudlaşdırılması və kənar brendlərin aksesuarlarının iPhone-larda daha təhlükəsiz istifadəsi var. Özündə süni zəka funksiyalarını birləşdirən Apple Intelligence ekosistemi iOS 18-də hələ istifadəyə verilməyib. Bu ekosistemin gələn aydan başlayaraq istifadəyə veriləcəyi gözlənilir. Onu da qeyd etmək lazımdır ki, iOS 18-də Siri səsli köməkçisi yeni dizaynı əldə edib, ona əmrin səsli və ya yazılı şəkildə daxil edilməsi imkanları arasında sürətli keçid reallaşdırılıb və üstəlik o, istifadəçi nitqini daha yaxşı başa düşmək özəlliyini əldə edib.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro modelləri keçən ilki iPhone 15 Pro-lardan daha pis satılır
    iphone-16-pro-modelleri-kecen-ilki-iphone-15-pro-lardan-daha-pis-satilir
    Apple yaxın həftələr ərzində növbəti təqdimat tədbirini keçirtməlidir
    apple-yaxin-hefteler-erzinde-novbeti-teqdimat-tedbirini-kecirtmelidir
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları 5G şəbəkələrində yüksək yüklənmə sürətini sərgiləyirlər
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlari-5g-sebekelerinde-yuksek-yuklenme-suretini-sergileyirler
    iPhone 16 smartfonları maksimum 39 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər
    iphone-16-smartfonlari-maksimum-39-vatt-gucunde-suretli-sarj-texnologiyasini-destekleyirler
    iPhone 16-nın ən ucuz və ən bahalı satılacağı ölkələr hansılardır?
    iphone-16-nin-en-ucuz-ve-en-bahali-satilacagi-olkeler-hansilardir