main-post-cover

    iOS 18 təqdim edilib: Nə kimi yeniliklər var?

    Proqram Təminatı
    11.06.2024
    Emil Nəcəfov
         Dünən gecə tərtibatçılar üçün start götürmüş WWDC 2024 konfransı çərçivəsində Apple şirkəti iOS 18 əməliyyat sistemini təqdim etdi. iOS-in bu yeni versiyası yeni fərdiləşdirmə (customization) interfeysini, yaxşılaşdırılmış konfidensiallığı və bir sıra digər yenilikləri əldə edib. Daha öncə də gözlənildiyi kimi iOS 18-də tətbiq ikonları ilə vidjetlərin ekranda istənilən yerdə yerləşdirilməsi imkanı istifadəyə verilib. Bundan sonra əməliyyat sisteminin istifadəçi interfeysinin Dark Mode rejiminə keçidi zamanı tətbiq ikonları da qaralacaqlar. Üstəlik tətbiq ikonlarının rəngləri ekrana quraşdırılmış divar kağızının rəng çalarlarına uyğunlaşa bilirlər.
         İstifadəçi istədiyi zaman tətbiq ikonları üçün fərdi rəng seçimlərini də edə bilər. iOS 18-ə yenidən emal edilmiş idarəetmə mərkəzi (control center) inteqrasiya edilib. Apple idarəetmə mərkəzinin dizaynını azca yeniləyib. İdarəetmə mərkəzində reallaşdırılmış əsas yenilik ondan ibarətdir ki, onda kənar tətbiqlərin funksiyaları mövcud olacaq. Bloklanmış ekranda isə sürətli keçid üçün nəzərdə tutulmuş iki düyməyə müxtəlif əməliyyatları təyin etmək mümkün olacaq. Söhbət, fənər və kamera düymələri üçün digər əməliyyatların təyin edilməsindən gedir.
         Yeni əməliyyat sistemində konfidensiallıq səviyyəsinin yüksəldilməsi üçün Apple ona müxtəlif tətbiqlərə girişin bloklanması imkanını əlavə edib. Bu imkan vasitəsilə girişi bloklanmış tətbiqlərə daxil olmaq üçün Face ID, Touch ID və ya xüsusi şifrədən istifadə etmək lazım gələcək. Bundan əlavə olaraq girişi bloklanmış tətbiqlərdən gələ biləcək bildirişlər də bloklanacaq. Qeyd etmək lazımdır ki, keçən ilki iOS 17 çərçivəsində maraqlı bir funksiya istifadəyə verilmişdi. Söhbət, iki iPhone-nun bir-birinə toxunaraq öz aralarında kontaktların mübadiləsi imkanından gedir.
         İndi isə iOS 18 çərçivəsində bu imkan vasitəsilə istifadəçilər bir-birilərinə pul vəsaitlərini göndərə biləcəklər. Apple iOS-dəki Photos tətbiqində miqyaslı redizaynı reallaşdırıb. Tətbiqdə yenilənmiş interfeys ilə yanaşı lazımi foto və videoların sürətli axtarışları üçün nəzərdə tutulmuş filtrlər istifadəyə veriləcək. Apple bildirib ki, iOS 18-dən başlayaraq iMessage-dəki mesajları və adi SMS-ləri peyk rabitəsi üzərindən göndərmək mümkün olacaq. iOS 18-in tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiyası artıq istifadəyə verilib. Yeni əməliyyat sisteminin stabil versiyası isə bu ilin ikinci yarısında istifadəyə verilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq
    iphone-16-nin-batareyasi-qeyri-adi-qorunmaya-sahib-olacaq
    iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək
    ios-18-de-sifrelerin-idaresi-tetbiqi-istifadeye-verilecek
    Apple sensorlu ekrana sahib şarj keysli AirPods-u patentləşdirib
    apple-sensorlu-ekrana-sahib-sarj-keysli-airpods-u-patentlesdirib
    Apple, iPhone 15-in neçə il yeniləmə alacağını açıqlayıb!
    apple-iphone-15-in-nece-il-yenileme-alacagini-aciqlayib
    iPhone 16 Pro və iPhone 16 Pro Max-ın ölçüləri ilə çəkiləri açıqlanıb
    iphone-16-pro-ve-iphone-16-pro-max-in-olculeri-ile-cekileri-aciqlanib