main-post-cover

    iOS 18, yavaş şarj cihazı istifadə olunduqda istifadəçiyə xəbərdarlıq edəcək!

    Proqram Təminatı
    12.06.2024
    Farid Pardashunas

         iOS 18 beta-nı quraşdıranlar, Apple-ın qeyd etmədiyi yenilikləri kəşf etməyə davam edirlər. iOS 18 yeniləməsi ilə iPhone yavaş şarj cihazı ilə doldurulduqda istifadəçiyə xəbərdarlıq ediləcək.

         iOS 18, iPhone batareyasının sağlamlığı və enerji doldurma parametrləri kimi bir sıra mühüm dəyişiklikləri özündə ehtiva edir. Apple, iPhone 15 istifadəçiləri üçün daha çox şarj limiti parametrlərini əlavə edib, lakin daha da maraqlısı odur ki, telefon yavaş bir şarj cihazı ilə doldurulduqda iOS, istifadəçiyə məlumat verir. iOS 18-də Apple, batareya bölməsinə iPhone-unuzun yavaş şarj cihazı ilə doldurulduğunu bilməyə imkanı verən bir xüsusiyyət əlavə edib. Yavaş şarj vaxtları, batareya ayarlarında son 24 saat və ya son 10 gündəki batareyanın istifadəsini və şarjı göstərən narıncı çubuqla göstərilir.
         İstifadəçilərin bildirdiyinə görə, cihaz 5W-lıq simsiz şarj cihazı ilə şarj etdikdən sonra cihazın yavaş şarj olunduğu barədə bildiriş alıblar. Apple, çox güman ki, iOS 18-in son versiyasını təqdim etdiyi zaman bu dəyişiklik haqqında daha çox məlumatı əks etdirən məqalə dərc edəcək. Hələlik, “Yavaş Şarj Cihazı” mesajını hansı şarj dərəcəsinin işə saldığı bəlli deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 18 ilə zəng danışıqlarını qeydə alıb, yazıya çevirmək mümkün olacaq!
    ios-18-ile-zeng-danisiqlarini-qeyde-alib-yaziya-cevirmek-mumkun-olacaq
    Artıq AirPods-u danışmadan və ya toxunmadan da idarə etmək mümkün olacaq!
    artiq-airpods-u-danismadan-ve-ya-toxunmadan-da-idare-etmek-mumkun-olacaq
    iOS 18-i və iPadOS 18-i əldə edəcək cihazların siyahıları təqdim edilib
    ios-18-i-ve-ipados-18-i-elde-edecek-cihazlarin-siyahilari-teqdim-edilib
    Süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemi təqdim edilib
    suni-zeka-funksiyalarindan-teskil-edilmis-apple-intelligence-ekosistemi-teqdim-edilib
    iOS 18 təqdim edilib: Nə kimi yeniliklər var?
    ios-18-teqdim-edilib-ne-kimi-yenilikler-var