
iOS 19-da köklü dəyişiklik olmayacaq
Proqram Təminatı
10.03.2025
Emil
Yeni iOS 19 əməliyyat sistemi (kod adı Luck) Apple tərəfindən iyun ayında keçiriləcək WWDC 2025 konfransında təqdim ediləcək. Lakin Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib ki, iOS-in bu versiya köklü yeniliklər gətirməyəcək. Əsas diqqət Apple Intelligence süni zəka ekosisteminin mövcud imkanlarının genişləndirilməsinə yönələcək. Gurman qeyd edib: “Pis xəbər odur ki, Apple çox güman ki, WWDC 2025-də inqilabi yeni süni zəka funksiyalarını təqdim etməyəcək. Əksinə, mövcud imkanların daha çox tətbiqə inteqrasiya edilməsi planlarını açıqlayacaq”.

9to5Mac resursunun məlumatına əsasən Apple-ın iOS 18 çərçivəsində Siri-yə yeni süni zəka funksiyaları əlavə etməklə bağlı bəzi vədlərini yerinə yetirməməsi nəzərə alınarsa, bu qərar məntiqlidir. Bu ayın əvvəlində Mark Gurman bildirmişdi ki, Apple Siri-nin süni zəka alqoritmləri ilə inteqrasiyası zamanı problemlərlə qarşılaşıb. Bu, WWDC 2025-də yenilənmiş Siri-nin təqdimatını sual altına qoyur. Apple həmçinin iOS 19-da daha "danışıq qabiliyyətli" Siri-nin tətbiqini təxirə salıb. Bu funksiyanın iOS 20 ilə birlikdə 2026-cı ildə təqdim ediləcəyi gözlənilir. Bununla yanaşı, Gurman bildirib ki, Apple-ın qarışıq reallıq eynəyi üçün hazırlanmış visionOS 3.0 əməliyyat sistemi yeni funksiyalar alacaq, lakin dəqiq yeniliklər barədə hələlik məlumat verilməyib.
Mənbə: Bloomberg
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
