
iOS 19-u əldə etməyəcək 3 iPhone-nun adı çəkilib
Proqram Təminatı
01.04.2025
Emil
İyun ayında Apple-ın WWDC25 tədbirində iOS 19 platformasını təqdim edəcəyi gözlənilir. 9to5Mac saytının məlumatına görə, bu yeniləməni 3 model almayacaq: iPhone XR, iPhone XS və iPhone XS Max. Bu cihazların hamısı 2018-ci ilin sentyabrında buraxılıb. Məlumatı X sosial şəbəkəsində Apple-ın proqram platformaları haqqında dəqiq məlumatlar paylaşan anonim hesab yayıb. Ötən il də bu mənbə iOS 18-in uyğunluq siyahısını öncədən paylaşmış və bu məlumatlar sonradan təsdiqlənmişdi. Əgər bu dəfə də insayder haqlıdırsa, iOS 19 aşağıdakı Apple smartfonlarını dəstəkləyəcək:
- iPhone 11, 11 Pro və 11 Pro Max
- iPhone 12, 12 mini, 12 Pro və 12 Pro Max
- iPhone 13, 13 mini, 13 Pro və 13 Pro Max
- iPhone 14, 14 Plus, 14 Pro və 14 Pro Max
- iPhone 15, 15 Plus, 15 Pro və 15 Pro Max
- iPhone 16, 16 Plus, 16 Pro, 16 Pro Max və 16e
- iPhone SE (ikinci və üçüncü nəsil).
Mənbə: 9to5mac
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
